Minister of Finance of the Republic of Azerbaijan Samir Sharifov made a business visit to the Islamic Republic of Pakistan, the United Arab Emirates (UAE) and India on February 19-21***As of January 1st, 2018, the external public debt of the Republic of Azerbaijan constituted 9,398.3 million US dollars (equivalent 15,978.1 million manat). The Debt to the Gross Domestic Product ratio stands at 22.8 percent (based on 2017 GDP of AZN 70,135.1 mln)******

Əfqanıstanın maliyyə naziri Azərbaycan Maliyyə Nazirliyində olub

Əfqanıstanın maliyyə naziri Azərbaycan Maliyyə Nazirliyində olub

08.11.2017

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov noyabrın 8-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla Əfqanıstan arasında mövcud olan yüksəksəviyyəli siyasi əlaqələrin önəmi qeyd edilərək iki ölkənin beynəlxalq qrumlarda, o cümlədən beynəlxalq maliyyə təşkilatlarında bir-birini dəstəklədiyi məmnunluqla qeyd olunub.

Ölkəmizin əlverişli coğrafi mövqeyi və əldə etdiyi uğurlar, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanları, bu günlərdə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyətindən bəhs olunub, bu tranzit və nəqliyyat xətlərinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığı vurğulanıb.

Görüşdə həmçinin, Əfqanıstan nümayəndə heyəti Maliyyə Nazirliyində hal-hazırda tətbiq olunan bir sıra avtomatlaşdırılmış və inteqrasiya olunmuş sistemlərə maraq göstərib. İlk növbədə, onlar müasir “bulud” texnologiyaları üzərində qurulmuş büdcə təşkilatlarının resurslarını idarə edən və dövlət müəssisələrinin maliyyə və mühasibatlıq hesabatlarını tərtib edən avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə yaxından tanış olublar. Bundan əlavə, qeyd olunan sistem ilə inteqrasiya olunmuş və real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi qonaqlarda böyük maraq yaradıb.

Əfqanıstanın maliyyə naziri Azərbaycan Maliyyə Nazirliyində tətbiq olunan və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan bu təcrübənin ölkəsində də tətbiq etmək arzusunu ifadə edib.

Maliyyə Nazirliyinin mətbuat xidməti