Minister of Finance of the Republic of Azerbaijan Samir Sharifov made a business visit to the Islamic Republic of Pakistan, the United Arab Emirates (UAE) and India on February 19-21***As of January 1st, 2018, the external public debt of the Republic of Azerbaijan constituted 9,398.3 million US dollars (equivalent 15,978.1 million manat). The Debt to the Gross Domestic Product ratio stands at 22.8 percent (based on 2017 GDP of AZN 70,135.1 mln)******

Asiya İnkişaf Bankının Şahdəniz layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb

Asiya İnkişaf Bankının Şahdəniz layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb

22.12.2017

 Dekabrın 22-də “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankı (AİB) zəmanəti ilə 524.5 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə (CQD) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.
Kredit müqaviləsinə dair zəmanət sazişi Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsi isə CQD-nin Baş direktoru Əfqan İsayev tərəfindən imzalanıb.
İmzalanma mərasimində qeyd olunub ki, Cənub Qaz Dəhlizi layihəsinə aparıcı beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı (birbaşa kredit vasitəsilə) tərəfindən dəstək göstərilir ki, bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinə inam və etibarının bariz nümunəsidir.
Cari ilin may ayında AİB tərəfindən dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları məbləğində birbaşa kredit ayrılıb.
Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir. Layihədə iştirak edən bütün ölkələr üçün Cənub Qaz Dəhlizinin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı ilə birgə maliyyələşdirən Asiya İnfrastruktur İnvestisiya Bankı bu layihəni dəstəkləyir.
Qeyd etmək lazımdır ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.