Minister of Finance of the Republic of Azerbaijan Samir Sharifov made a business visit to the Islamic Republic of Pakistan, the United Arab Emirates (UAE) and India on February 19-21***As of January 1st, 2018, the external public debt of the Republic of Azerbaijan constituted 9,398.3 million US dollars (equivalent 15,978.1 million manat). The Debt to the Gross Domestic Product ratio stands at 22.8 percent (based on 2017 GDP of AZN 70,135.1 mln)******

Milli Məclis Büdcə sistemi haqqında qanuna dəyişiklikləri təsdiqləyib

Milli Məclis Büdcə sistemi haqqında qanuna dəyişiklikləri təsdiqləyib

29.06.2018

Azərbaycan Respublikası Milli Məclisinin 29 iyun 2018-ci il tarixində keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» qanun layihəsi müzakirə edilərək qəbul olunub.

Yeni büdcə qaydalaranın hazırlanması ilə bağlı müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.

Həmin dəyişikliklər dövlət və icmal büdcələrin tərtib olunmasının təkmilləşdirilməsi məqsədlərini daşıyır və bununla əlaqədar yeni büdcə qaydasının tədbiqini özündə əks etdirir. 

Büdcə qaydasının hazırlanmasında əsas məqsəd neft gəlirlərindən optimal istifadə mexanizmini yaratmaqla dayanıqlı fiskal çərçivəni formalaşdırmaq və buna uyğun orta və uzunmüddətli büdcə siyasətini həyata keçirməkdən ibarətdir.

Büdcə qaydasının tətbiqi hesabına dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən assılığı azaldılır, kontr-tsiklik büdcə siyasətinin həyata keçirilməsi üçün etibarlı zəmin yaradılır, büdcə intimzamı əhəmiyyətli dərəcədə möhkəmləndirilir. Eyni zamanda, ölkənin xalis maliyyə aktivləri əsasında hesablanan növbəti büdcə ilində xərclənə bilən neft gəlirlərinin maksimal həddini və onun bazasında hesablanacaq icmal büdcə xərclərinin yuxarı həddini müəyyən edir.

Bununla yanaşı Büdcə qaydası neft gəlirlərinin azaldığı dövrlərdə ehtiyatlar hesabına, neft gəlirlərinin artdığı dövrlərdə isə Azərbaycan Respublikası Dövlət Neft Fondunun ehtiyatlarının qorunması, habelə iqtisadiyyatın “hərarətlənmə”sinin qarşısının alınması məqsədilə artan neft gəlirlərinin hamısı deyil, sadəcə bir hissəsinin istifadəsi hesabına iqtisadi artımı dəstəkləyən büdcə xərclərinin icrasını təmin edəcəkdir.

Bununla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq büdcə siyasətinin kontr-tsiklik xarakteri təmin olunur ki, bu da ölkə iqtisadiyyatının daxil olduğu post-neft dövrü üçün mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda təklif olunan büdcə qaydası büdcə xərcləri üçün əlavə məhdudlaşdırıcı göstəricini də müəyyən edir ki, qaydaya əsasən, hər il proqnozlaşdırılan icmal büdcə xərcləri cari ilin büdcə xərclərinin 103 faizindən artıq ola bilməz. Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliiyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə də büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır.
İcmal büdcə xərclərinin artımına 3 faizlik məhdudiyyətin tətbiq edilməsi eyni zamanda icmal büdcənin qeyri-neft kəsirinin ortamüddətli dövrdə tədricən azaldılması hədəfinə nail olunması üçün şərait yaradır.

Qeyd olunanlarla yanaşı bəzi müstəsna hallarda büdcə qaydasının tətbiqinin müvəqqəti olaraq dayandırılması zərurəti meydana çıxa bilər ki, yeni qaydada bununla bağlı xüsusi müddəalar nəzərdə tutulur.

Belə ki, yeni qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə 10 faiz və ya Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla bu daxilolmalar müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) büdcə qaydasının tətbiqinin dayandırılması ilə bağlı Milli Məclisə müraciət edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırıla bilər.

Büdcə qaydasının dayandırılması halında icmal büdcə xərclərinin ortamüddətli dövrdə büdcə qaydası üzrə hesablanmış səviyyəyə qaytarılması barədə təkliflər növbəti ilin büdcə zərfi daxilində təqdim edilməlidir.

Milli Məslis tərəfindən təsdiqlənən yeni qaydalar qabaqcıl beynəlxalq təcrübəyə uyğun olmaqla mütərəqqi xarakter daşıyır və dövlət başçısının rəhbərliyi altında ölkədə həyata keçirilməkdə olan və iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına yönəlmiş islahatların vacib elementlərindən biridir.