Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Xəbərlər

11.07.2018

10 iyul 2018-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105011693 ISIN kodlu, tədavül müddəti 728 gün olan 35.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

10.07.2018

2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat, xərcləri 9524,3 mln. manat olmuş, 297,3 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.

02.07.2018

İyulun 1-də Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb.

29.06.2018

Azərbaycan Respublikası Milli Məclisinin 29 iyun 2018-ci il tarixində keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri müzakirə edilərək qəbul olunub.

29.06.2018

Azərbaycan Respublikası Milli Məclisinin 29 iyun 2018-ci il tarixində keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» qanun layihəsi müzakirə edilərək qəbul olunub.

29.06.2018

Azərbaycan Respublikası Milli Məclisinin 29 iyun 2018-ci il tarixində keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında 2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

29.06.2018

30 iyun-1 iyul 2018-ci il tarixlərində Rusiyanın Soçi şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 20-ci İllik Toplantısı keçiriləcək. 

21.06.2018

20-21 iyun 2018-ci il tarixlərində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya departamentinin direktoru Verner Lipaxın başçılıq etdiyi nümayəndə heyəti və Kshatrapati Shivajinin rəhbərlik etdiyi bankın İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçirib.

21.06.2018

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi iləaşağıdakı linkdə tanış ola bilərsiniz.

12.06.2018

12 iyun 2018-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105010695 ISIN kodlu, tədavül müddəti 728 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.

12.06.2018

Ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq əlavə maliyyə təminatının yaradılması ilə bağlı “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub. 

12.06.2018

11 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında» Qanunu, eyni zamanda, bu qanunun tətbiqi ilə bağlı Fərman imzalayıb.