Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti - Lisenziya almaq üçün lazım olan sənədlər

 Xüsusi razılıq (lisenziya) almaq üçün müvafiq qanunvericiliklə tələb olunan sənədlərin siyahısı:
  
     Hüquqi şəxslər üçün:

  • xüsusi razılıq (lisenziya) almaq üçün ərizə;
  • hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
  • ərizəçinin vergi orqanları tərəfindən uçota alınmacı haqqında müvafiq sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  • ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
  • xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
  • fəaliyyət növü ilə əlaqədar avadanlıqlar, qurğular və ölçü vasitələrinin dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

     Fiziki şəxslər üçün:  