• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Son 20 ildə Azərbaycan Respublikasının dövlət büdcəsinin davamlı artımı təmin edilmişdir

Müstəqillik əldə olunduqdan sonra büdcə prosesini tənzimləyən normativ aktların da yenidən işlənilərək beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, bu qanunlarda şəffaflıq məsələlərinə geniş yer ayrılması qarşıda duran əsas vəzifələrədən olub. 20 il ərzində büdcə prosesini tənzimləyən bir sıra qanun layihələri işlənib hazırlanaraq qəbul olunmuş, hal-hazırda 2002-ci ildə qəbul olunmuş “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədədir.
İqtisadiyyatın formalaşmasında, onun maliyyə təmina¬tı¬nın yaradılmasında, dövlətin funksiya və vəzifə¬lərinin yerinə yeti¬ril¬məsində xüsusi rolu olan büdcənin idarə olunması üçün beynəl¬xalq standartlara cavab verə biləcək qanunvericilik və normativ hüquqi baza yaradılmış, ölkədə büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi istiqamətində bir sıra əlavə və dəyişikliklər edilmişdır.
Edilmiş əlavə və dəyişikliklər dövlət və icmal büdcələrə əlavə gəlirlərin cəlb edilməsinə, xərclərin daha şəffaf idarə olunmasına, dövlət büdcəsinin sərbəst vəsait qalığının idarə edilməsi və ya idarəetməyə verilməsinə, gəlirlərin xarici valyutada olan hissəsinin konvertasiya edilmədən xərclənməsinə, birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən səmərəli istifadə edilməsinə, dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotunun qaydalarına və standartlarına uyğun aparılması və dövlət büdcəsinin kassa icrasının dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsi üçün hüquqi baza yaratmışdır.
Azərbaycan Respublikasının büdcə siste¬minə daxil olan büdcələr, habelə büdcədən¬kənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının daha şəffaf müqayisəsini təmin edən, büdcə xərclərinin istiqamətlərini özündə əks etdirən, Milli Hesablar Sistemin¬dən, Beynəlxalq Maliyyə Statistikasının metodologiya¬sından, ayrı-ayrı dövlətlərdə tətbiq olunan təsnifatlardan istifadə edilməklə yanaşı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ekspertlərinin tövsiyyələri də nəzərə alınmaqla “Vahid büdcə təsnifatı” hazırlanaraq təsdiq edilmişdir.
Büdcə prosesinin real vaxt müddətində həyata keçirilməsinin əsas prinsiplərini, dövlət və icmal büdcələrin tərtibi və icrası prosesində müvafiq icra hakimiyyəti orqanları, büdcədənkənar dövlət fondları, digər təşkilatlar arasında qarşılıqlı münasibətlərin əsas istiqamətlərini özündə birləşdirən “Dövlət büdcəsinin tərtibi və icrası qaydaları” hazırlanaraq təsdiq  edilmişdir.
Büdcə təşkilatlarının göstərdikləri iş və xidmətlərə görə əldə etdikləri büdcədənkənar vəsaitlərin formalaşması, uçotu və istifadəsi üzrə qanunvericilik bazası daha da təkmilləşdirilmiş və bu vəsaitlər dövlət büdcəsinin tərkibinə daxil edilmişdir.
Büdcə qanunvericiliyinin təkmilləşdirilməsi hesabına ölkədə ortamüddətli dövr üçün, yəni növbəti il və sonrakı üç il üçün icmal və dövlət büdcə layihələrinin hazırlanmasına başlanmış, ölkəyə xaricdən cəlb edilən kreditlər icmal büdcəyə daxil edilmiş, iqtisadiyyatın bəzi aparıcı sahələrinə büdcədən verilən dolayı subsidiyalar ləğv olunmuşdur.
Dövlət büdcəsinin strukturunda da əsaslı dəyişikliklər edilmiş, onun gəlir və xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi ildən-ilə artmağa başlamış, büdcə kəsirinin maliyyələşməsində inflyasiya yaradan mənbələrdən, əsasən də bank kreditlərindən imtina edilmiş, dövlət büdcəsinin kəsirinin ümümi daxili məhsulda xüsusi çəkisi daim tənzimlənmiş, büdcənin tərkibində əsaslı xərclərin xüsusi çəkisinin artım sürəti, cari xərclərin artım sürətini üstələmişdir.
Büdcə xərclərinin proqramlar və konkret tədbirlər əsasında proqnozlaşdırılmasına üstünlük verilmişdir ki, bu da dövlət büdcəsinin icrası prosesində ayrı-ayrı məqsədli dövlət proqramlarında müəyyən olunmuş hədəflərin (məqsədlərin) yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan vermişdir.
Son illərdə aparılmış büdcə-vergi siyasəti dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən siyasi və iqtisadi xəttinin həyata keçirilməsinə, ölkəmizin sosial-iqtisadi inkişaf tempinin sürətləndirilməsinə, iqtisadiyyatın tənzimlənməsi və stimullaşdırılmasına, dövlətin iqtisadi qüdrətinin daha da artırılmasına, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsinə, regionların tarazlı inkişafına, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına güclü maliyyə təminatı yaratmışdır.
Bununla yanaşı, dövlət və icmal büdcə layihələrinin tərtibi zamanı ortamüddətli büdcə-vergi siyasətinin strateji parametrləri və istiqamətləri üzrə optimal göstəricilərin müəyyənləşdirilməsi, dövlət və icmal büdcələrin  gəlir bazasının genişləndirilməsi və ÜDM-də xüsusi çəkilərinin artırılması, iqtisadiyyatın sürətli inkişafının keyfiyyət üstünlüklərinə, xərclərin prioritetlərinə, o cümlədən onların investisiya və sosial yönümlüyünə üstünlük verilməklə iqtisadi, sosial islahatların və proqramların dəstəklənməsi, dövlətin müdafiə qabilityyətinin gücləndirilməsi, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, xarici borc və öhdəliklərin maliyyə təminatının yaradılması, vəsaitlərdən maksimum səmərə ilə istifadə edilməsi, böyük neft gəlirlərinin, büdcə xərclərinin, əmək haqlarının, pensiyaların artırılması şəraitində ölkənin makroiqitisadi vəziyyətinin sabit saxlanılması, inflyasiya təzyiqlərinin mümkün qədər azaldılması əsas vəzifələrdən biri olmuşdur.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin səmərəli və təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirməsi, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan və dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsaitin istiqamətlər (sahələr) üzrə bölgüsünün vahid prinsiplərinə və prioritetlərinə nail olunması, dövlət investisiya siyasəti ilə müvafiq inkişaf proqramları arasında əlaqələrin möhkəmləndirilməsi, bu vəsaitlərin ilk növbədə qeyri-neft sektorunun stimullaşdırılmasına və ixrac potensialının gücləndirilməsinə, regionların və infrastruktur sahələrinin inkişafını özündə birləşdirən layihələrə yönəldilməsinə üstünlük verilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.
Bütün bu işlərin nəticəsi olaraq 2011-ci il dövlət büdcəsinin gəlirləri 1991-ci ilə nisbətən 74,5 min dəfə artaraq 15554,2 mln. manat, dövlət büdcəsinin xərcləri isə 82,9 min dəfə artaraq 15941,2 mln. manat təşkil etmişdir.
 

1991-ci və 2011-ci illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi barədə
MƏLUMAT
(min manatla)
Göstəricilər 1991-ci il 2011-ci il Müqayisə
mütləq nisbi
 
1  Gəlirlər  208,7  15 554 200,0  15 553 991,3  74,5 min dəfə
 
2  Xərclər  192,8  
15 941 200,0
 
15 941 007,2
 82,7 min dəfə
 
3  Kəsir  15,9  -387 000,0    
 
4 Sosial təyinatlı tədbirlər (elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət və incəsənət)  93,9  3 901 240,7  
3 901 146,8
 41,5 min dəfə
4.1   - elm  1,1  114 628,0  114 626,9  104,2 min dəfə
4.2   - təhsil  37,1  1 399 802,8  1 399 765,7  37,7 min dəfə
4.3   - səhiyyə  15,5  563 219,6 563 204,1  36,3 min dəfə
4.4  - sosial müdafiə və sosial təminat  35,1 1 611 840,1  1 611 805,0  45,9 min dəfə
4.5   - mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət  5,1  211 750,2  211 745,1  41,5 min dəfə
5  İqtisadiyyatla bağlı tədbirlər  52,7  6 897 525,3 6 897 472,6  130,9 min dəfə
6 Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq  2,0  783 290,3  783 288,3  391,6 min dəfə
7  Qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması  2,6  326 634,6  326 632,0  125,6 min dəfə
8  Sair xərclər  41,6  4 032 509,1  4 032 467,5  96,9 min dəfə