• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Azərbaycan Respublikasında sığorta nəzarəti orqanı 20 ildir fəaliyyət göstərir

Maliyyə Nazirliyi iqtisadiyyatın ən əhəmiyyətli sahələrindən olan sığorta işinin inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir

Müstəqil Azərbaycan Respublikasında sığorta nəzarəti orqanının yaradılmasından artıq 20 il keçir. Bu dövr həm də Azərbaycanda sığorta işinin inkişafını əhatə edən bir dövrdür. Bu gün ölkəmizin sığorta qanunvericiliyi və sığorta nəzarəti orqanının fəaliyyəti qabaqcıl beynəlxalq təcrübə ilə uyğunluq təşkil etməklə mütəmadi olaraq təkmilləşdirilir, bir çox sığorta və sığorta brokeri şirkətləri tərəfindən fiziki və hüquqi şəxslərə dünya standartlaraına uyğun xidmətlər təklif olunur.  20 il əvvələ nəzər salsaq, keçən müddət ərzində sığorta sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunduğunu görə bilərik.
1991-ci ildə SSRİ-nin süqutu nəticəsində müttəfiq respublikalar müstəqillik əldə etmiş oldular və bu tarixdən də Azərbaycanda iqtisadiyyatın digər sahələrində olduğu kimi sığorta işinin də  inkişafına diqqət ayrıldı. Bu elə bir dövr idi ki, bazar iqtisadiyyatının təməli qoyulur, sahibkarlıq fəaliyyətinə maraq artırdı.
Ölkə iqtisadiyyatının bazar prinsiplərinə uyğun formalaşmağa başlaması özəl sektorun sığorta sahəsinə nüfuz etməsinə şərait yaratmaqla,  iş adamlarının bu sahəyə marağını artırsmış oldu. Beləliklə, həmin dövrdə fəaliyyət göstərən yeganə dövlət sığorta şirkəti ilə yanaşı, özəl sığorta şirkətləri də yaranıb fəaliyyətə başladı. 
Sığorta işinin yeni iqtisadi şəraitdə sürətlə formalaşmaga başlaması, həmçinin sığorta münasibətlərinin inkişafı bu sahəyə nəzarət edən orqanın yaradılması zərurətini meydana çıxardı və  Azərbaycanda sığorta işini inkişaf etdirmək, sığorta sahəsində nəzarəti həyata keçirmək və sığortaçıların, sığortalıların və sığorta sahəsində dövlətin maraqlarının qorunmasını təmin etmək məqsədilə 16 oktyabr 1991-ci il tarixdə dövlət sığorta nəzarəti orqanı – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı.
 Həmin ilin sonuna Azərbaycanda artıq 40-dan artıq özəl sığorta şirkəti (o cümlədən 6 xarici investisiyalı) yaradılaraq fəaliyyət göstərirdi. Bu şirkətlərin sayı sonrakı illərdə də artmaqda davam etdi və beləliklə ölkədə milli sığorta bazarının təməli qoyulmuş oldu.
Azərbaycan Respublikasının «Sığorta haqqında» ilk Qanunu 05 yanvar 1993-cü il tarixdə qəbul edildi. Bu qanunun qəbul edilməsi respublikada sığorta işinin formalaşmasına və tənzimlənməsinə təkan verdi. 1996-cı ildə nəqliyyat vasitəsi sahiblərinin nəqliyyat vasitəsi ilə üçüncü şəxslərə vurduqları zərərin əvəzinin ödənilməsinin təmin edilməsini nəzərdə tutan «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün dünyada tətbiq edilən bu icbari  sığorta qanunu MDB üzvü olan ölkələr arasında ilk dəfə olaraq Azərbaycanda qəbul edilmişdir. Həmçinin, sığorta fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı qaydalar, sığorta ehtiyatlarının yaradılması qaydaları, sığorta ilə bağlı bir sıra digər qanunvericilik aktları da qəbul edilmişdir.
Lakin bazar iqtisadiyyatının, sığorta münasibətlərinin sürətli inkişafı  sığorta fəaliyyətini tənzimləyən daha təkmil qanunun qəbul edilməsini tələb edirdi.
Beləliklə, 25 iyun 1999-cu il tarixdə Azərbaycan Respublikasının «Sığorta haqqında» yeni Qanunu qəbul edildi və həmin Qanun əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənməklə sığortalılara etibarlı sığorta təminatının yaradılmasını, sığortaçılara öz maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qorunmasına əlverişli şəraitin yaradılmasını təmin etdi.
Azərbaycanda aparılan iqtisadi islahatlarla əlaqədar ümumilli liderimiz, ölkə başçısı Heydər Əliyevin müvafiq fərmanı ilə  sığorta nəzarəti funksiyasının 2001-ci ilin aprel ayında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilməsi Azərbaycanda sığorta işinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ən əhəmiyyətli tədbirlərdən biri oldu.
Dövlət Sığorta Nəzarəti funksiyası Maliyyə Nazirliyinə verildikdən sonra ölkədə sığorta işinin dünya standartlarına uyğun inkişaf etdirilməsi üçün daha geniş imkanlar yarandı.
Belə ki, Maliyyə Nazirliyinin təşəbbüsü əsasında, sığortaçıların maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin edilməsi, sığorta təminatının etibarlılığının yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnamə kapitalının minimum məbləği 2001-ci ilin sentyabr ayında əhəmiyyətli dərəcədə artırılaraq, sığortaçılar üçün 2 mlrd. manat, təkrar sığortaçılar üçün isə 5 mlrd. manat müəyyən edildi (2006-cı ildə həyata keçirilən denominasiya tədbirlərindən əvvəlki məzənnə ilə).
Ölkədə sığorta işinin dünya standartlarına uyğun təşkil edilməsi və inkişaf etdirilməsi üçün ən əhəmiyyətli şərtlərdən sayılan sığorta sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi üçün Maliyyə Nazirliyinin və Təhsil Nazirliyinin birgə səyləri nəticəsində 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində «Sığorta işinin təşkili» ixtisası açıldı.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı ildə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına üzv olması respublikada sığorta işinin inkişafı istiqamətində atılan ən vacib addımlardan biri oldu.
İqtisadiyyatın inkişafında özəl sektorun əhəmiyyətini nəzərə alaraq, sahibkarlığın daha da inkişaf etdirilməsi, inkişafına mane olan süni maneələrin  aradan qaldırılması, bu sahəyə investisiya qoyuluşlarının artırılmasının təmin edilməsi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən çoxsaylı fərman və  sərəncamlar, göstərişlər Azərbaycanda sahibkarlığın sürətli inkişafına, xarici investisiyaların cəlb edilməsinə, sağlam rəqabət mühitinin formalaşmasına geniş imkanlar yaratmışdır.
Sığorta sahəsində də özəl sektor artıq dövlət sektorunu üstələyir. Belə ki, respublikada fəaliyyət göstərən 28 sığorta şirkətinin 1-i dövlət şirkəti, 27-i özəl şirkətlərdir.
Əgər 1995-ci ildə daxil olan sığorta haqlarının 52 %-i dövlət sığorta şirkətinin,   48 %-i isə özəl sektorun payına düşürdüsə, 2010-cu ildə daxil olan sığorta haqlarında dövlət sektorunun payı  13,5 %, özəl sektorun payı isə   86,5 %  təşkil etmişdir. Sığortanın könüllü növləri üzrə daxil olan sığorta haqlarında isə özəl sektorun payı 97,3 %  olmuşdur.
2008-2010-cu illər sığorta sektorunda əsaslı islahatlar dövrünün başlanğıcı oldu. Belə ki, yeni qanunvericilik aktlarının qəbul edilməsi ilə yanaşı, sığorta işinin inkişafına yönələn digər tədbirlər də həyata keçirilirdi.
«Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin  2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanının icrası olaraq həmin ilin aprel ayında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti yarandı və sığortaya dövlət nəzarəti funksiyası həmin quruma verildi.
Azərbaycanda iqtisadi münasibətlər, o cümlədən sığorta münasibətləri inkişaf etdikcə sığorta işinin beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsinə tələb getdikcə artır və bu da öz növbəsində sığorta ilə bağlı qanunvericilik bazasının köklü şəkildə təkmilləşdirilməsini zəruri edirdi. Bu məqsədlə Maliyyə Nazirliyi tərəfindən «Sığorta fəaliyyəti haqqında» yeni Qanun layihəsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci «Sığorta» fəslinin yeni redaksiyasının layihəsinin işlənilməsinə başlandı. Layihələrin hazırlanmasına beynəlxalq sığorta ekspertləri cəlb edildi.
Yeni qanunvericilik aktlarında sığorta şirkətlərində korporativ idarəetməyə, daxili nəzarət sisteminə, maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı prudensial tələblərə, rəhbər işçilərin vəzifəyə uyğunluğuna, tətbiq olunan sanksiyalara, nəzarət metodologiyası və prinsiplərinə, səyyar yoxlamalara və sair məsələlərə beynəlxalq standartlara və təcrübəyə uyğun müddəalar nəzərdə tutulmuşdur. Sığorta fəaliyyətini tənzimləyən əvvəlki qanunlardan fərqli olaraq yeni qanunda sığortaçıda, təkrarsığortaçıda və sığorta broker təşkilatlarında şəxslərin rəhbər vəzifəyə dövlət sığorta nəzarəti orqanının razılığı ilə təyin olunması, bu məqsədlə onların attestasiyadan keçməsi, həmçinin fiziki şəxs sığorta agenti və sığorta brokeri fəaliyyətinə lisenziya almaq istəyən şəxslərin attestasiyadan keçirilməsi, sığorta agenti fəaliyyətinə lisenziyanın verilməsi, sığorta və təkrarsığorta fəaliyyətinə lisenziyaların yeni yaranan hüquqi şəxslərə 5 il müddətinə, həmin müddət bitdikdən sonra isə müddətsiz verilməsi, sığorta vasitəçiliyi fəaliyyətinə  lisenziyaların müddətsiz verilməsi nəzərdə tutulmuşdur.
2008-ci və 2010-cu illərdə Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən Bakı şəhərində Azərbaycan Beynəlxalq Sığorta Forumları keçirilmiş, forumlarda MDB və bir sıra avropa dövlətlərinin sığorta şirkətlərinin və sığorta nəzarəti orqanlarının mütəxəssisləri iştirak etmişlər.
Sığorta işinin təşviqi, əhalinin sığorta haqqında maarifləndirilməsi məqsədi ilə DSNX tərəfindən kütləvi informasiya vasitələrinə bu sahədə mütəmadi olaraq məlumatlar, müsahibələr və materiallar təqdim edilmiş, həmçinin DSNX-nın rəsmi internet saytı yaradılaraq (www.sigorta.maliyye.gov.az) müvafiq məlumatlar, xəbərlər, eləcə də sığorta ilə bağlı qanunvericilik aktları həmin saytda yerləşdirilmiş və mütəmadi olaraq yenilənməsi təmin edilmişdir. Sığorta sahəsində maarifləndirmə tədbirlərinin davamı olaraq sığortanın təbligi ilə bağlı xüsusi internet saytı (www.sigorta.info.az) yaradılmış, sığorta ilə bağlı reklam çarxları və videotəlimatlar sifariş edilərək televiziya kanallarında müntəzəm olaraq yayımlanması  təmin edilmişdir.
Respublikada sığorta işinə marağın artırılmasını və sığorta sahəsində çalışan mütəxəssislərin peşə hazırlığının yüksəldilməsini təmin etmək məqsədilə Maliyyə Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən respublikada ilk dəfə olaraq sığorta olimpiadası keçirilmiş, qaliblərə mükafatlar təqdim olunmuşdur.
Sığorta qanunvericiliyinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən başlanmış işlər 2009-cu ildə və 2010-cu il ərzində də davam etdirilmiş, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2010-cu il 11 may tarixdə qəbul edilmiş və  2010-cu il 03 iyul tarixdə qüvvəyə minmişdir.
Sığorta nəzarəti orqanının mütəxəssislərinin peşə hazırlığının yüksəldilməsinə də böyük diqqət ayrılmış, sığorta və sığorta nəzarəti sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi  məqsədilə hər il DSNX-nin bir neçə işçisinin xarici ölkələrdə təşkil olunan kurslarlarda, seminarlarda, konfrans və digər tədbirlərdə iştirakı təmin edilir. Əldə olunan təcrübə sığorta sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində aparalan işlərdə müvəffəqiyyətlə tətbiq olunur.
Respublikamızda sığorta bazarnın təməlinin qoyulduğu vaxtdan keçən müddət ərzində sığortaçıların da fəaliyyətində müsbət nailiyyətlər əldə olunmuşdur. Belə ki, sığortaçılar öz xidmətlərini daha keyfiyyətli şəkildə təqdim etməyə başlamış, sığorta məhsullarının çeşidi artırılımış, müasir ofis və texniki avadanlıqlar, proqram təminatları ilə təchiz edilmişlər. Mütəxəssislərin peşə hazırlığına yüksək diqqət yetirilir, onların qabaqcıl beynəlxalq təcrübəyə yiyələnməsi üçün xarici ölkələrdə təlim almaları təmin edilir.  Bütün bunlar isə, sığorta müqavilələrinin bağlanmasına, təklif zamanı fiziki və hüquqi şəxslərin sığorta müqaviləsi bağlamalarına maraq yaradan vacib amillərdəndir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iqtisadiyyatın ən əhəmiyyətli sahələrindən olan sığorta işinin inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir. Bu sahədə görülən işlər respublikamızda sığorta  işinin yaxın gələcəkdə dünya standartlarına tam uyğunlaşdırılmasını təmin edəcəkdir.