• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Müstəqillik dövründə respublikamızda yaradılmış xəzinədarlıq sistemi hal-hazırda uğurla inkişaf edir

Müstəqillik dövründə respublikamızda maliyyə sistemində böyük nailiyyətlər qazanılmışdır.  Dövlət müstəqilliyinin ilk illərində yaradılmış xəzinədarlıq sistemi hal-hazırda uğurla inkişaf edir.   Azərbaycan Respublikasının Prezidentinin 04 oktyabr 1995-ci il tarixli “Azərbaycanda dövlət xəzinədarlığının yaradılması haqqında” Fərmanı ilə  ölkəmizin malik olduğu maliyyə resurslarından düzgün istifadə edilməsi məqsədilə maliyyə sistemində xəzinədarlıqın tətbiqinin hüquqi bazası yaradılmış, bünövrəsi qoyulmuşdur. Bundan sonra ardıcıl olaraq müxtəlif  mərhələlərlə xəzinədarlığın bütün respublikanı əhatə etməsi üçün məqsədyönlü fəaliyyətə başlanıldı. Fərmanın icrası olaraq 01 yanvar 1997-ci il tarixdən respublikada Xəzinədarlıq sisteminin I mərhələsi tətbiq edildi. Bu mərhələdə maliyyə vəsaitlərinin hərəkəti və uçotu büdcə təşkilatlarının malik olduqları bank hesabları ilə yanaşı paralel olaraq xəzinə hesabları vasitəsi ilə də aparılırdı.
Azərbaycan Respublikası Prezidentinin 16 may 1997-ci il tarixli 568 saylı “Azərbaycan Respublikasında dövlət xəzinədarlığının fəaliyyətinin tənzimlənməsi  haqqında” Sərəncamına uyğun olaraq Xəzinədarlıq sisteminin II mərhələsi respublikada tətbiq olunmağa başladı, zəruri tədbirlər həyata keçirildikdən sonra Sərəncamda qoyulmuş vəzifələri yerinə yetirmək məqsədi ilə  Maliyyə Nazirliyi mərhələlərlə Xəzinədarlıq sisteminin tətbiq edilməsi 01 iyun 1997- ci il tarixdən  xəzinədarlıq rəsmi maliyyə sistemi kimi respublikada başladı və    1997-ci ilin noyabr ayında respublikanın bütün ərazisində Xəzinədarlığın II mərhələsinin tətbiqi başa çatdırıldı. Bu mərhələnin mahiyyəti dövlət maliyyə vəsaitlərindən istifadə olunmasının səmərəli mexanizmini formalaşdırmaq, bu vəsaitlərin birbaşa son təyinatına çatdırılmasını və bununla bağlı maliyyə əməliyyatlarının yalnız vahid xəzinə hesabı vasitəsilə aparılmasını təmin etmək idi.
 Maliyyə Nazirliyi əldə edilmiş nailiyyətlərin daha da möhkəmləndirilməsi, Xəzinədarlıq sisteminin təkmilləşdirilməsi, məxaric əməliyyatlarının fasiləsiz maliyyələşdirilməsi, büdcə təşkilatlarında öhdəliklər əsasında faktiki xərclərə nəzarət edilməsini təmin etmək məqsədilə 01 yanvar 1999-cu il tarixdən respublikamızda Xəzinədarlıq sisteminin III mərhələsinin tətbiqinə  başladı.
Respublikamızda yaradılan xəzinədarlıq sistemində büdcənin icrası prosesinin yuxarıda qeyd olunan mərhələlərində nəzarət mexanizminin yaradılması həm də büdcə prosesində borclanmanın daha mükəmməl idarə edilməsi, maliyyə resurslarından səmərəli istifadə etməklə ən vacib dövlət ödənişlərinin müvəffəqiyyətlə həyata keçirilməsini şərtləndirir. Məhz qeyd olunan məqsədə çatmaq üçün 01 avqust 2000-ci il tarixdən xəzinədarlıq sisteminin IV mərhələsi- büdcə təşkilatları tərəfindən alınmış malların (iş və xidmətlərin) xəzinə uçotunun qurulması tətbiq edilmişdir.
İnformasiya Texnologiyaları sahəsində ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü siyasətin, bu sahədə əldə olunan nəticələrə uyğun olaraq Xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin edilməsi, məlumatların daha operativ emal edilməsi məqsədilə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin yaradılması layihəsi həyata keçirilir.
2006-cı ildən isə Binəqədi, Xətai, Gəncə və Xaçmaz Yerli Xəzinədarlıq Orqanları üzrə əməliyyatlar XİİS vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə Dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi yaradılmışdır.
Yeni yaradılmış qurumun fəaliyyətinin əsas ptioritetlərindən biri də göstərilən xidmətin maksimal dərəcədə avtomatlaşdırılması və elektron hökumət çərçivəsində digər dövlət qurumları ilə inteqrasiya edilməsidir. XİİS-in tətbiqi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həyata keçirilən maliyyə islahatlarının ən vacib tərkib elementlərindən biridir və burada ən başlıca məqsəd real vaxt rejimində əməliyyatların vahid xəzinə hesabı vasitəsilə icrasını təmin etməkdir.
Hal-hazırda Bakı şəhəri üzrə 5 saylı (keçmiş Qaradağ) xəzinədarlıq idarəsi istisna olmaqla bütün xəzinədarlıq idarələri, Gəncə, Xaçmaz və Abşeron Yerli Xəzinədarlıq Orqanları xəzinə əməliyyatlarını real vaxt rejimində həyata keçirir və bu da Dövlət büdcəsinin icrasının 80-85%-ni təşkil edir.
Eyni zamanda, 2011-ci ilin iyul ayından Bakı şəhəri üzrə bütün vergi daxilolmalarının avtomatik emalı məqsədilə Mərkəzi Bankın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi XİİS-lə inteqrasiya olunmuş, hər iş gününün sonunda bütün vergi daxilolmaları elektron şəkildə qəbul olunur, avtomatik emal edilərək Vergilər Nazirliyinə ötürülür. Yaxın gələcəkdə bütün büdcə və büdcədənkənar daxilolmaların avtomatik emalı nəzərdə tutulur.
İnformasiya Sisteminin tətbiqi maliyyə əməliyyatlarının avtomatlaşdırılmasına, risklərin və pul vəsaitlərinin səmərəli idarə olunması ilə yanaşı, həm də şəffaflığın təmin olunmasına və neqativ hallara şərait yaradan amillərin aradan qaldırılmasına kömək olacaqdır. XİİS-in bütün respublika üzrə yayılmasının növbəti ildə başa çatdırılması nəzərdə tutlmuşdur.     Eyni zamanda,  Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin icrası barədə məlumatların beynəlxalq standartlara uyğun emal olunması və təhlili sahəsində işləri həyata keçirir. Belə ki, büdcədən ayrılan vəsaitlər üzrə hesabatlar yeni təsdiq olunmuş milli hesabat standartlarına uyğun işlənilir.
Bununla yanaşı, 2011-ci ilin sentyabr ayında Beynəlxalq Valyuta Fondunun texniki missiyası ilə bərabər dövlət büdcəsinin və icmal büdcənin son üç il üzrə göstəriciləri Dövlət Maliyyə Statistikasına uyğunlaşdırılmış və həmin göstəricilərin Maliyyə Nazirliyinin rəhbərliyinə rəsmi təqdim olunmasından və məqbul hesab edilməsindən sonra Valyuta Fondunun hər il dərc etdiyi və bütün üzv ölkələrin göstəricilərini əhatə edən maliyyə kitabına daxil edilməsi planlaşdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir və göstəricilərin rüblük emalı və dərc olunması gözlənilir.