• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Müstəqil Azərbaycanda büdcə qanunvericiliyinin formalaşması və təkmilləşdirilməsi məsələləri

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.
Heydər Əliyev

 

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra ilk illərdən başlayaraq Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların mühüm istiqaməti ölkə iqtisadiyyatının fiskal siyasətinin prioritetlərinin müəyyənləşdirilməsindən ibarətdir olmuşdur. Keçid iqtisadiyyatlı ölkələrdə dövlət büdcəsi sosial problemlərin həllinə və nəticə etibarı ilə sosial ədalətin bərpasına yönəldiyi üçün ölkədə aparılan büdcə (o cümlədən, vergi) siyasətini və onun son illərdə aparılan islahatlarda rolunu öyrənmək müasir dövrdə obyektiv zərurətdən irəli gəlir.
Bildiyimiz kimi bütün dövlətlərdə olduğu kimi büdcə prosesləri büdcə qanunverciliyi ilə tənzimlənir. Azərbaycan Respublikasında büdcə qanunvericiliyi dedikdə  Azərbaycan Respublikasının Konstitusiyası, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmin Qanuna uyğun olaraq qəbul edilən dövlət büdcəsi haqqında qanunlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr  və digər normativ-hüquqi aktlar nəzərdə tutulur.
Müstəqil Azərbaycanda büdcə qanunvericiliyinin hüquqi tənzimlənməsi dövlət və hökumət qarşısında duran başlıca vəzifələrdən biri olmuş və qısa müddət kəsiyində Respublikamızda “Büdcə sistemi haqqında” ilk Qanun qəbul edilmiş və həmin Qanun 2002-ci ilə qədər qüvvədə qalmışdır.
Lakin həmin çətin dövrlərdə ölkədə aparılan iqtisadi islahatlar maliyyə sektorunda mövcud proseslərə təsirsiz ötüşmür, büdcə və vergi məsələlərində bir sıra problemlərə gətirib çıxarırdı. Misal üçün, qanunvercilik bazasının olmasına baxmayaraq, 1995-ci ilin büdcə göstəriciləri həmin ilin fevralında, icrası isə 1997-ci ilin mart ayında qəbul edilmişdi. Bu meyl növbəti ildə davam etmişdir. Belə ki, 1996-cı ilin dövlət (o vaxtki respublika) büdcəsi həmin ilin mart ayında, icrası isə 1997-ci ilin dekabr tarixində qəbul edilmişdir. Halbuki o vaxt qüvvədə olan qanunvericiliyə əsasən növbəti ilin dövlət büdcəsi cari ilin dekabr ayının 15-dək təsdiq olunmalı, icrası barədə hesabat isə Azərbaycan Respublikasının Ali Sovetinə növbəti ilin may ayında təqdim edilməli və bundan sonra həmin hesabat müzakirə olunub təsdiq edilməli idi.
Beləliklə, həmin illərdə bu və bunun kimi digər boşluq və çətinliklər büdcə qanunverciliyin dövrün tələbinə uyğunlaşdırılmasını zəruri edirdi və mövcud qanunvericilik bazasında boşluqları aradan qaldırmaq məqsədi ilə 1999-cu ilin 18 may tarixində Heydər Əliyevin uzaqgörənliyi nəticəsində “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının xüsusi qanunu qəbul edilmişdir. Həmin xüsusi qanun “Büdcə sistemi haqqında” ilk qanuna kömək məqsədi daşıyırdı. Beləliklə yeni xüsusi qanunun qəbul edilməsinə baxmayaraq “Büdcə sistemi haqqında” ilk qanun qüvvədən düşmədi, lakin o büdcə proseslərinin tənzimləyici aləti kimi öz əhəmiyyətini itirdi.
Eyni zamanda iki qanunun qüvvədə olması, habelə ölkədə bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə orqanlarının yaranması, qanunvercilikdə bir sıra boşluqlar, ölkədə aparılan növbəti iqtisadi islahatlar, maliyyə sahəsində həyata keçirilən tədbirlər obyektiv olaraq, daha mükəmməl hüquqi-normativ sənədin hazırlanmasını zərurətə çevirdi.
Beləliklə 2002-ci ilin 2 iyul tarixində ikinci “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu və Uluöndər tərəfindən imzalandı. Hazırda da qüvvədə olan bu qanun 2003-cü ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir və bununla da yuxarıda qeyd olunan iki normativ akt hüquqi qüvvəsini itirmişdir.
Hazırda qüvvədə olan qanun əvvəlki müvafiq qanunlar ilə müqayisədə müxtəlif cəhətlərə görə fərqlənir. Bu hər üç qanunda büdcəyə verilən tərifdə də özünü göstərir. Belə ki, birinci qanunda büdcəyə belə tərif verilirdi: “Büdcə dövlətin funksiyalarının həyata keçirilməsini təmin etmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılmasının və ondan istifadə edilməsinin formasıdır.”
“Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda da dövlət büdcəsinə verilən tərif əvvəlkindən məzmun etibarı ilə çox fərqlənmirdi.
Hazırki qanunda isə büdcənin mahiyyətinı daha geniş şəkildə açan aşağıdakı formada verilir: “Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi”.
Əvvəlki (birinci) qanunda Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə büdcə məktubunun layihəsi (hazırki büdcə zərfi) təqdim edilirdi. Bundan sonra isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Ali Sovetinə büdcə məktubunu göndərirdi (müvafiq maliyyə ilindən əvvəlki ilin sentyabr ayının 1-dək). Bu məktuba Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının əsas göstəriciləri, Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı, büdcə-vergi siyasətinin əsas istiqamətləri və respublika büdcəsinin layihəsi, Azərbaycan Respublikasının birləşdirilmiş büdcəsinin layihəsi, Azərbaycan Respublikasının cari maliyyə ili üçün respublika və birləşdirilmiş büdcələrinin icrasının qiymətləndirilməsi kimi sənədlər daxil edilirdi.
Hazırki qanunda büdcə layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilən sənədlərin siyahısının dəqiqləşdirilməsi qanunvericiliyin təkmilləşdirilməsi kimi qəbul edilə bilər. Belə ki, əvvəlki qanunda nəzərdə tutulan sənədlərdən əlavə hal-hazırda büdcə layihəsi ilə birlikdə Milli Məclisə həmin layihəyə dair izahat, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar, büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi, dövlət borcları və dövlət zәmanәti ilə digər öhdəliklərə dair məlumat, növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi, büdcə layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi və digər sənədlər təqdim edilir.
Büdcə zərfində Milli Məclisə təqdim olunan bu sənədlərin siyahısının dəqiqləşdirilməsi və onların sayının 15-dək artırılmasının digər üstünlükləri ilə yanaşı bunun əsas məqsədi ölkənin başlıca maliyyə planı ilə iqtisadiyyatın sahələri arasında bağlılığı göstərmək, ölkədə aparılan iqtisadi siyasətin tərkib hissəsi olan büdcə və vergi siyasətinin sosial-iqtisadi inkişafa ciddi təsir göstərməsi üçün onun iqtisadi göstəricilərlə kompleks təhlil olunmasıdır.
Yeni sənədin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının yeni Qanununun digər üstünlükləri aşağıdakılardır:
• Əvvəlki illərdə qəbul edilmiş qanunlardan fərqli olaraq “Büdcə sistemi haqqında” yeni qanunda büdcə prosesləri zamanı istifadə olunan anlayışların geniş izahı verilmişdir (misal büçün, icmal büdcə, büdcədənkənar əməliyyatlar, dövlət borcu, toplu maliyyə balansı və müdafiə olunmuş xərc maddələri anlayışları və onların terminoloji izahları ilk dəfə yeni qanunda öz əksini tapır);
• Dövlət büdcəsinin layihəsinin tərtibi prosesi və büdcə təqvimi ilə bağlı məsələlərin daha aydın izah olunmasıdır. Belə ki, bu qanunda büdcənin layihəsinin büdcə ilinə 11 ay qalmış başlanması və büdcə proseslərinin mərhələləri geniş verilmişdir;
Qeyd. Dövlət büdcəsinin layihəsinin hazırlanması Almaniya Federativ Respublikasında növbəti büdcə ilinə 6 ay, Yaponiyada – 7 ay, Fransada – 14 ay, ABŞ – da isə - 18 ay qalmış başlanır. Büdcə layihəsi bir qayda olaraq icraedici hakimiyyət (Nazirlər Kabineti, AFR-də kansler, ABŞ-da Prezident) tərəfindən hazırlanır. İcraedici orqan tərəfindən büdcə təsdiq edildikdən sonra dövlət büdcəsinin layihəsi qanunverici orqana təqdim edilir. Ən-ənəvi şəkildə büdcə layihəsi hər bir palatada ayrı-ayrılıqda (Fransada əvvəlcə aşağı palatada, sonra yuxarı palatada, ABŞ, AFR-də isə hər iki palatada paralel olaraq) müzakirə edilir. Nəticədə büdcə dövlət başçısı tərəfindən imzalanır.
•“Dövlət büdcəsi haqqında” qanunda ehtiyat fondunda (“Ehtiyat fondunun vəsaitindən istifadə olunması haqqında Əsasnamə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2000-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmişdir) istifadə olunmalı məbləğin həddi göstərilmədiyi halda yeni qanunun 6.2-ci maddəsinə əsasən Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edildiyi göstərilir (“Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2003-cü il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmişdir). Qanuna 5 aprel 2005-ci il tarixli 876-IIQD nömrəli və daha sonra 19 iyun 2009-cu il tarixli 834-IIIQD nömrəli qanunlarla edilən dəyişikliklərlə növbəti maddələr əlavə edildi: Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.
Qeyd. Ehtiyat Fondunun yaradılması təcrübəsi Qazaxıstan və Rusiya Federasiyası kimi dövlətlərin qanunvericiliklərində də öz əksini tapır. Rusiya Federasiyasının Büdcə Məcəlləsinə görə dövlət büdcəsinin tərkib hissəsi kimi dövlət büdcəsinin və prezidentin ehtiyat fondunun yaradılması müddəaları öz əksini tapır.
•Digər yenilik isə dövlət büdcəsi haqqında qanunun layihəsinin mətbuatda dərc olunmasıdır. Yeni qanunun 14-cü maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi həmin Qanunun 12.1.1 - 12.1.10-cu maddələrində göstərilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir. “Büdcə sistemi haqqında” və “Dövlət büdcəsi haqqında” qanunlarda ümumiyyətlə heç bir layihənin mətbuatda dərc edilməyi barədə müddəa nəzərdə tutulmamışdı. Yalnız ilk qanun 17-ci maddəsinin 5-ci hissəsində Azərbaycan Respublikasının respublika büdcəsi haqqında Qanunun mətbuatda dərc olunması öz əksini tapmışdı.
Qeyd. Dövlət büdcəsi haqqında qanunun layihəsinin və digər müvafiq sənədlərin  və mətbuatda dərc olunması büdcə proseslərinin şəffaflığının artırılması məqsədi ilə atılmış addım kimi qiymətləndirilməlidir. Ümumiyyətləbüdcə proseslərinin şəffaflığının artırılması məqsədilə beynəlxalq təcrübədə Beynəlxalq Valyuta Fondu tərəfindən 1998-ci ildə qəbul edilmiş “Büdcə-vergi sferasında şəffaflığın təmin olunması üzrə Tövsiyə” və “Büdcə-vergi sferasında şəffaflığın təmin olunması üzrə zəruri təcrübələr Məcəlləsi” tətbiq edilir. Məcəllənin hazırlanmasını zəruri edən əsas amillər kimi bir sıra ölkələrin təcrübəsində büdcə-vergi fəaliyyəti üzrə kompleks və etibarlı informasiya çatışmazlığı nəticəsində büdcə-vergi siyasəti ilə bağlı vəzifələrin reallaşdırılmasında problemlərin meydana çıxması qeyd olunur. Məcəllədə funksiya və öhdəliklərin dəqiqliyi, informasiyanın ictimaiyyət üçün əlçatanlığı, büdcənin hazırlanmasının, icrasının və büdcə hesabatlılığının açıqlığı və mötəbərliyin təminatı kimi prinsiplər öz əksini tapır.
Ümumiyyətlə bu məsələ istər hökumət, istər vətəndaş, istərsə də beynəlxalq qiymətləndirici qurumların son zamanlar daha çox diqqət yetirdiyi məsələlərdən biri, daha doğrusu əsaslarındandı.
Bu halda Açıq Büdcə İndeksindən məlumat vermək daha məqsədəuyğun olardı. Açıq Büdcə İndeksi (Open Budget Index - OBI) xüsusi sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını ümumi şəkildə ölçməyə və digərləri ilə müqayisə etməyə imkan verən və demək olar yeganə indeksdir. Bu indeks büdcə şəffaflığının və hesabatlılığının bütün dünyada tam müstəqil ekspertlər tərəfindən qiymətləndirildiyi yeganə müqayisəli və müntəzəm indeksdir. İndeks Beynəlxalq Budcə Tərəfdaşlığı (International Budget Partnership) təşkilatı (ABŞ) tərəfindən hazırlanır.
Həmin indeksdə 8 göstərici-sənəd üzrə sorğu tərtib edilməklə ballar müəyyənləşdirilir. Həmin sənədlərə hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, büdcə öncəsi bəyanat, aylıq (və rüblük), yarımillik və illik yekun hesabatlar,  və audit hesabatı kimi sənədlər daxildir.
Azərbaycanda hələ ki büdcə öncəsi hesabat təqdim olunmadığından və vətəndaşın büdcəsi isə dərc edilmədiyindən ölkəmiz büdcə informasiyalarının açıqlıq mövqeyinə görə orta (müəyyən dərəcədə açıqdı) yerdə dayanır. 
Ümumiyyətlə bu indeks iki ildə bir dəfə tərtib edilməklə 94 ölkə üzrə məlumatları özündə əks etdirir. 2006-cı ildən Azərbaycanın da daxil edildiyi bu indeksdə ölkəmiz 2006-cı il hesabatında 30 bal, 2008-ci il hesabatında 37 bal, 2010-cu il hesabatında 43 bal, 2012-ci il hesabatında isə 42 bal toplamışdır. 2006-2010-cu illərdə ölkəmiz mövqeyini xeyli yaxşılaşdıran ölkələr  içində 4-cü yeri tutumuşdur. Azərbaycanın və bir neçə ölkənin həmin illər üzrə göstəriciləri aşağıdakı cədvəldə verilmişdir. Cədvəl 1.

Cədvəl 1: Açıq Büdcə İndeksində Azərbaycanın
və bir neçə ölkənin topladığı balların müqayisəsi.

Ölkə

Açıq Büdcə İndeksi üzrə toplanmış ballar, illər üzrə.

2006

2008

2010

2012

Azərbaycan

30

37

43

42

Gürcüstan

34

53

55

55

Türkiyə

42

43

57

50

Qazaxıstan

-

35

38

48

Misir

19

43

49

13

Makedoniya

-

54

49

35

Mənbə: “Open Budget Survey 2012”, International Budget
 Partnership, səh. 49-50.

Cədvəldən döründüyü kimi Azərbaycan indeks üzrə 2006-2010-cu illərdə sabit olaraq irəliləmiş, yalnız 2012-ci ildə bir bal geriləmişdir. İrəliləyişin səbəbi ötən müddət ərzində (əsasən 2008 və 2009-cu illər üzrə) Hesablama Palatasının veb səhifəsində dövlət büdcəsi və DSMF-nin büdcəsi üzrə qanun layihələrinə rəylər intensiv şəkildə yerləşdirilməsi, (http://ach.gov.az/?/az/content/168/) habelə, büdcə zərfində dövlət büdcəsinin izahatı hissəsi bir qədər detallaşdırılıb, bəzi dövlət proqramlarının maliyyələşməsi ilə bağlı informasiyaların verilməsi, vergi daxilolmalarında neft və qeyri-neft sektoru bölgüsünün aparılması olmuşdur. Öz növbəsində Maliyyə Nazirliyi 2008 və 2009-cu illərdə bir necə dəfə dövlət büdcəsinin icrası ilə bağlı öz aralıq hesabatlarını internet səhifəsi vasitəsilə açıqlamışdır.
Bundan başqa Azərbaycanın göstəricilərinin daha da yüksəlməsi məqsədi ilə həmin hesabatda müvafiq tövsiyyələr də göstərilmişdir ki, bunlardan əsasları əvvəldə qeyd olunmuşdur. Həmin tövsiyyələr istiqamətində artıq müəyyən işlər görüldüyünü nəzərə alaraq gələcək illərin hesabatlarında Azərbaycanın indeks üzrə göstəricisinin daha da yüksələcəyini deyə bilərik.
Bundan başqa “Büdcə sistemi haqqında” ilk qanunda dövlət büdcəsinin kassa icrasının Milli Bank tərəfindən aparıldığı göstərilmişdi. Hazırkı qanunvericilikdə dövlət büdcəsinin kassa icrasının dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsi qeyd olunur.
Yeni qanunla Azərbaycan Respublikasının dövlət büdcəsinin icrası barədə hesabatları və müvafiq qanun layihələrinə Hesablama Palatasının rəy verməsi də müəyyən edilir (ilk qanunvericilik aktında bu funksiyanı yəni dövlət büdcəsinin icrasına nəzarəti Ali Sovetin Büdcəyə nəzarət komissiyasının icra etdiyi  göstərilirdi). Hesablama Palatasının büdcə ilə bağlı digər funksiyası dövlət büdcəsinin auditini aparmaqdır.
Bundan başqa günün tələbinə uyğun olaraq yeni qanunda bələdiyyələr ilə bağlı, habelə dövlət borcu və ona xidmətlə bağlı yeni müddəalar əlavə olunmuşdur.
“Büdcə sistemi haqqında” qanunun qəbul edilməsindən sonra bu qanundan və qanunun tətbiq edilməsi haqqında fərmandan irəli gələn məsələlərin həll edilməsi məqsədilə bir sıra hüquqi-normativ aktlar da qəbul edildi. Bu sənədlərin sırasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”, 2 iyun 2003-cü il qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları”, 12 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədəkənar dövlət fondları büdcələrinin tərtibi və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”, Nazirlər Kabinetinin 6 oktyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vahid büdcə təsnifatı” aid edilə bilər. Özü özlüyündə həmin qanun və yuxarıda qeyd olunan normativ aktların da zəmanənin tələbinə uyğun olaraq təkmilləşməyə ehtiyacı yaranmış və həmin aktlara qəbul olduqlarından sonra bir neçə dəfə dəyişiklik edilmişdir. Belə ki, 2003-cü ildən bəri, təkcə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 11 qanun qəbul edilmişdir. Bütün bunlar ümumən ölkədə büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən tədbirlər kimi qəbul edilir. Əlbətki bu sahədə qüvvədə olan hüquqi aktlar daha da təkmilləşməli, həmçinin zərurət yarandıqca yeniləri də qəbul edilməlidir.
Göründüyü kimi bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən iqtisadi, o cümlədən büdcə-vergi siyasəti və onun hüquqi əsaslarından olan büdcə qanunvericiliyi mövcuddur.
Həmin qanunvericiliyin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi Heydər Əliyev dühasının siyasətinə töhvəmiz olacaqdır.

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
İqtisadi sahələri maliyyəsi şöbəsinin müdiri M.A.Ağazadə

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İqtisadi
sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi,
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun dissertantı E.M.Əliyev

 

ƏDƏBİYYAT  SİYAHISI

  1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 1 dekabr 1992-ci il tarixli 390 nömrəli Qanunu.
  2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli 358-IIQ nömrəli Qanunu.
  3. “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 18 may 1999-cu il tarixli 667-IQ nömrəli Qanunu.
  4. “Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsi haqqında” Azərbaycan Respublikasının 24 fevral 1995-ci il tarixli 980 nömrəli Qanunu.
  5. “Azərbaycan Respublikasının 1995-ci il respublika büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 4 fevral 1997-ci il tarixli 234-IQ nömrəli Qanunu.
  6. “Azərbaycan Respublikasının 1996-cı il dövlət büdcəsinin təsdiqi haqqında” Azərbaycan Respublikasının  6 mart 1996-cı il tarixli 31-IQ nömrəli Qanunu.
  7. “Azərbaycan Respublikasının 1996-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 9 dekabr 1997-ci il tarixli 407-IQ nömrəli Qanunu.
  8. Zaur Vəliyev, “Dövlət Büdcəsi, Məlumat-Sorğu kitabı” Bakı 2006.
  9. Kənan Aslanlı, “Açıq Büdcə İndeksi: metodologiya və tövsiyyələr”, Məlumatlandırma arayışı, Bakı 2011.
  10. “Open Budget Survey 2006” International Budget Partnership.
  11. “Open Budget Survey 2008” International Budget Partnership.
  12. “Open Budget Survey 2010” International Budget Partnership.
  13. “Open Budget Survey 2012” International Budget Partnership.l tarixli 834-IIIQD nömrəli Qanunu, 6-cı maddə.