• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Heydər Əliyev və Azərbaycanda vergi siyasəti

“Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”   
Heydər Əliyev

 

Beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu prosesinin başlanması və uğurla davam etdirilməsi, müasir dövlət təsisatlarının yaradılması, ölkənin əsas qanununun - Konstitusiyanın qəbulu, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi xəttin müəyyənləşdirilməsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin diqqətəlayiq bəhrələri kimi ölkənin və xalqın gələcək inkişafı üçün möhkəm təmələ çevrildi. Azərbaycan Respublikasının vergi sisteminin yaradılması və onun normativ-hüquqi bazasının formalaşmasında xarici ölkələrin təcrübəsindən milli xüsusiyyətlər nəzərə alınmaqla geniş istifadə edilmişdir. Məhz buna görə də öz strukturu və quruluş prinsiplərinə görə o, dünya iqtisadiyyatında geniş yayılmış vergitutma sistemlərinə uyğun gəlir.
Hər bir ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi siyasəti mühüm rol oynayır. Vergi siyasəti həyata keçirilərkən dövlət büdcəsinin tənzimlənməsi, planlaşdırılması və ona nəzarətin qanunla müəyyən edilmiş hüquq normaları reallaşdırılır. Bu zaman dövlətlər vergilərə məxsus fiskal, bölüşdürücü, tənzimləyici və nəzarətedici funksiyalara söykənir və aktiv vergi siyasətində bu funksiyalardan istifadə edirlər. Dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi üçün gəlirlərin büdcəyə tam və vaxtında səfərbər edilməsini təmin etmək, əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin yenidən bölüşdürülməsi və formalaşması xüsusiyyətlərini nəzərə almaqla iqtisadiyyatın ayrı-ayrı sahələrinin tənzimlənməsi üçün şəraitin yaradılması bazar iqtisadiyyatının tələblərinə əsaslanan vergi sisteminin əsas vəzifələridir.
Ölkənin vergi sistemi, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin formaları, qanunvericiliyin pozulmasına görə məsuliyyət qaydaları həmin ölkənin vergi qanunvericiliyi ilə müəyyən edilir. Vergi sisteminin normativ-hüquqi bazası ilk növbədə konstitutsiya hüququna, sonra isə mülki, inzibati, cinayət və maliyyə hüquqlarına istinad etməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının “Vergilər və başqa dövlət ödənişləri” ilə bağlı 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
Azərbaycanda əsaslı sosial-iqtisadi dəyişikliklər və bazar münasibətilərinə keçid dövrü ilə əhatə olunan 90-cı illərdə əsas vergi qanunları - mənfəət vergisi, aksiz, fiziki şəxslərdən gəlir vergisi, torpaq vergisi, əmlak vergisi, mədən vergisi, ixracat vergisi, əlavə dəyər vergisi, dövlət yol fonduna vergilər, “Dövlət vergi xidməti haqqında” haqqında qanunlar qəbul edildi, vergi qanunlarının tədbiqi ilə bağlı qaydalar, təlimatlar, əsasnamələr işlənib hazırlandı.
Müstəqil Azәrbaycanın ilk vergi orqanı olaraq Maliyyә Nazirliyinin tәrkibindә             1990-cı ilin iyul ayında yaradılmış Baş Dövlәt Vergi Müfәttişliyi Ulu öndərin təşəbbüsü ilə 2000-ci il 11 fevral tarixli Fәrmanla lәğv edilmiş, onun bazasında ölkәdә dövlәtin vergi siyasәtinin hәyata keçirilmәsini, dövlәt büdcәsinә vergilәrin vә digәr daxilolmaların vaxtında vә tam yığılmasını tәmin edәn vә bu sahәdә dövlәt nәzarәtini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanı kimi Vergilәr Nazirliyi yaradılmışdır.  
Heydər Əliyevin uğurlu neft strategiyasının reallaşdırılmasını təmin edən “Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü” üzrə birinci sazişin - “Əsrin müqaviləsi”nin 20 sentyabr 1994-cü ildə imzalanması xalqımızın öz maddi sərvətlərinə, o cümlədən neft-qaz ehtiyatlarına sahibliyini qətiyyətlə təsdiqlədi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr yaratmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu günkü inkişafı üçün zəmin yaratmışdır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi Ümummilli liderin neft strategiyasının gerçəkləşməsi nəticəsində mümkün olmuşdur. Belə ki, bu müqavilənin imzalanması sonralar xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı.
Azərbaycanın neft sektoruna xarici şirkətlərin marağının artırılması məqsədilə əlverişli vergi mühitinin yaradılması ilkin şərt idi ki, qeyd olunan sazişlərdə də bu müəssisələrə “Xüsusi vergi rejimli müəssisələr” kimi baxıldı. Respublikada tətbiq edilən xüsusi vergi rejiminin qanunvericilik bazası Dövlət Neft Şirkəti ilə transmilli şirkətlər arasında bağlanmış və Azərbaycan Respublikasında neft-qaz yataqlarının kəşf olunmasını, istismarını, satışını və satışı nəticəsində əldə olunan mənfəətin bölüşdürülməsini tənzimləyən Hasilatın Pay Bölgüsü üzrə Sazişlər, habelə onların əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında yaradılan İşci Komissiya ilə podratcı tərəflər arasında imzalanan vergitutmanın müəyyən aspektlərini dəqiqləşdirən mənfəət, əlavə dəyər vergisi, idxal və ixrac vergiləri, xarici subpodratçıların, əməkdaşlar və fiziki şəxslərin vergiyə cəlb edilməsi haqqında protokollardan ibarətdir.
Bu müəssisələrin karbohidrogen fəaliyyəti ilə bağlı ayrı-ayrı vergi növləri üzrə öhdəliklərini aşağıdakı kimi qeyd etmək olar:

  • podratçı yalnız müqavilədə göstərilən vergilərə cəlb olunur;
  • mənfəət vergisi müqavilə bağlandığı anda ölkədə qüvvədə olan vergi qanunvericiliyinə uyğun ölçüdə müəyyən edilir;
  • ƏDV sıfır dərəcəsi ilə ödənilir;
  • HPBS əsasən hər bir podratcı tərəf iştirak payı üzrə hüquq və öhdəliklərin satışından və ya daimi ötürülməsindən əldə olunan xalis gəlirə görə müqavilə ilə müəyyən edilən dərəcə ilə mənfəət vergisinə cəlb edilir.
  • Azərbaycan Respublikasında karbohidrogen əməliyyatları üzrə fəaliyyətləri ilə bağlı tədarük edilən mallara, işlərə və ya xidmətlərə idxal və ixrac vergilərinin qoyulmasının, azadolunma və ona nəzarətin müəyyənləşdirilməsində istifadə ediləcək prosedurların qarşılıqlı anlaşması və qəbul edilməsi müəyyən edilir.

Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar vergiləri “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiq edilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada və dərəcə ilə ödəyirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş və bu Qanunla əhatə edilməyən vergilər Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada tətbiq edilir.
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə və sonrakı illərdə uğurla həyata keçirilən neft-qaz layihələrindən dövlət büdcəsinə mədaxil edilən vergi gəlirləri 1997-ci ildə 213,0 mln.manatdan 2011-ci ildə 2591,6 mln.manata çatmışdır.

mln.manat

 

 

Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın uzunmüddətli perspektivdə neftdən asılılığı iqtisadi artım sürətinin aşağı düşməsinə gətirib çıxara bilər. Neft gəlirlərinin iqtisadiyyatda rolunu tənzimləmək üçün neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə bu sektordan daxilolmaları artırmaq, dövlət əhəmiyyətli infrastruktur və kommunikasiya obyektlərinə yönələn investisiyanı daha səmərəli qiymətləndirmək mühüm əhəmiyyət kəsb edir.

mln.manat

 

 

Bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşması, çevik vergi siyasətinin aparılması Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsi idi. Ölkədə iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zəruri idi. Bütün normativ aktlar vergi sistemini tam şəkildə yox, onun müxtəlif sahələrini əhatə edirdi ki, nəticə etibarilə vergi sisteminin mərkəzləşdirilmiş formada idarə olunmasında bir sıra obyektiv çətinliklər ortaya çıxırdı. Həmin problemlərin aradan qaldırılması isə ilk növbədə bütün vergi sisteminin vahid qanunvericilik bazası əsasında tənzimlənməsi və idarə olunmasını zəruri edirdi.
Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin qəbul olunması bu problemlərin aradan qaldırılmasında mühüm rol oynamışdır. Nazirlər Kabinetinin 1998-ci il noyabrın 6-da keçirilmiş geniş iclasındakı yekun nitqində müdrik rəhbər Vergi Məcəlləsinin qısa muddətdə hazırlanmasının və qəbul edilməsinin vacibliyini vurğulayaraq, bununla əlaqədar hökumətə müvafiq tapşırıqlar vermişdir. Vergi Məcəlləsinin layihəsi üzərində gərgin və səmərəli işin aparılması nəticəsində bu mühüm qanunvericilik sənədi Milli Məclisdə müzakirə edilərək, 2000-ci ilin iyul ayında qəbul edildi və 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə mindi.
Vergi Məcəlləsi ümumi və xüsusi hissədən, on yeddi fəsil və 221 maddədən ibarətdir. Ümumi hissə ilə Azərbaycan Respublikasının vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müəyyən edilir.
Xüsusi hissə Azərbaycanda tətbiq edilən vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergitutma obyekti, vergi ödəyiciləri, vergi dərəcələri və tətbiq edilən güzəşt və azadolmaları əhatə edir. Vergi Məcəlləsi ilə fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi, aksiz, torpaq vergisi, əmlak vergisi, mədən vergisi, yol vergisi və sadələşdirilmiş vergilər tənzimlənir.
Azərbaycanda 2001-ci ildən etibarən sadələşdirilmiş vergi tətbiq edilməyə başlanmışdır. Sadələşdirilmiş verginin məqsədi vergi yükünün azaldılmasından, vergi və mühasibat uçotu və hesabatının kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilməsindən ibarət olmuşdur. Bu məqsədlərə nail olunması kiçik biznesin inkişafına və bütövlükdə ölkə iqtisadiyyatının səmərəliliyinin artırılmasına imkan vermişdir.
Qeyd olunanlarla yanaşı strateji əhəmiyyətli sahələrin inkişafının və əhalinin sosial müdafiəsinin vergi yolu ilə tənzimlənməsi məqsədilə ölkənin vergi qanunvericiliyində bir sıra azadolma və güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, bir sıra kateqoriyadan olan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər, dövlət müavinətləri, pensiyaları və təqaüdləri gəlir vergisindən, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması məqsədilə bir qrup malların idxalı isə əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunmuşdur.
1993-cü ildən başlayaraq dövlətin apardığı məqsədyönlü vergi siyasəti nəticəsində fiziki şəxslərin gəlir vergisinin dərəcəsinin maksimal həddi 55%-dən 25%-ə, mənfəət vergisinin dərəcəsi 35%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 28%-dən 18%-ə endirilmişdir. Əvvəlki illərlə müqayisə etsək, görmək olar ki, mənfəət vergisinin dərəcəsi 15 faiz, ƏDV-nin səviyyəsi 10 faiz, gəlir vergisinin yuxarı həddi 30 faiz aşağı salınıb. Respublikamızda vergi yükünün səviyyəsi bir çox ölkələrlə müqayisədə xeyli aşağıdır.
Büdcə-vergi siyasətinin və neft-qaz layihələrinin uğurla həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının artması və sahibkarlıq fəaliyyətinin inkişafı nəticəsində dövlət büdcəsinin gəlirlərinin artımına nail olunmuşdur.
Belə ki, 1995-ci ildə dövlət büdcəsinin gəlirləri 316,9 mln. manat olduğu halda 2011-ci ildə bu rəqəm 15700,7 mln manata çatmışdır ki, bu da 15383,8 mln manat və yaxud  49,6 dəfə çox deməkdir. Dövlət büdcəsində vergi daxilolmalarının xüsusi çəkisi 1995-ci ildə 234,8 mln manat olduğu halda 2011-ci ildə 6613,5 mln manat olmuşdur.

Dünya təcrübəsi göstərir ki, tam ədalətli vergitutmanın bütün incəliklərini özündə birləşdirən vergi sisteminin, vergi qanunvericiliyinin yaradılması demək olar ki, hələ dünyanın heç bir ölkəsinə müəssər olmamışdır. Əsası Ulu öndərimiz tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasəti nəticəsində vergi qanunvericiliyi mütəmadi olaraq təkmilləşdirilir, müəyyən dəqiqləşmələr aparılır. Azərbaycan Respublikası Prezidentinin vergi sistemini təkmilləşdirmək, vergitutma bazasını genişləndirmək, vergi xidmətini müasir Avropa standartlarına çatdırmaq haqqında verdiyi tapşırıqlar vergi sisteminin inkişafında xüsusi rol oynayır.
Dövlət başcısının bu sahədə verdiyi tapşırıqlar, əsasən vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılmasından, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlərin davam etdirilməsindən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi dövlət Proqramı”nın (2005-2007) əsas məqsədi ölkədə vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla bu sahədə səmərəli inzibatçılığın yaradılmasına nail olmaqdan və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirməsinə təkan verən vergi daxilolmalarının müntəzəm artmasını təmin etməkdən ibarətdir.
Ötən dövrdə vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçid prinsipini rəhbər tutaraq vergi ödəyicilərinin məlumatlandırılması, onlara keyfiyyətli  xidmətin göstərilməsi, habelə vergilərin təbliği və təşviqi ilə bağlı işlər vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyətinin mühüm hissəsini təşkil etmişdir.
MDB məkanında ilk dəfə olaraq Azərbaycanda ƏDV-nin depozit hesabının yaradılması ilk növbədə dövlət tərəfindən ƏDV-nin ödənilməsinə nəzarətin daha da təkmilləşdirilməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Bundan əlavə ƏDV-nin depozit hesabı nağdsız hesablaşmaların aparılmasını nəzərdə tutur ki, bu da nağd qaydada aparılan hesablaşmaların məhdudlaşdırılmasına şərait yaradır. 
“Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS)” layi­hə­si elektron hökumətin qurulması istiqamətində həyata keçirilən əsas layihələrdən biri olmaqla, vergi sistemində çox mühüm texnoloji dəyişikliklərə səbəb olmuş, Azərbaycanın vergi xidmətini təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik bir orqana çevirmişdir. 2006-cı ilin əvvəlindən bu sistemin tətbiqi nəticəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi sistemində sənəd dövriyyəsinin elektron formata keçirilməsinə, məlumatların işlənməsi sürətinin dəfələrlə artmasına, operativ və çevik vergi nəzarətinin qurulmasına, digər qurumlarla inteqrasiyanın həyata keçirilməsinə nail olunmuşdur.
Bunun davamı olan “bir pəncərə” sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur.
Vergi sistemin və digər sahələrin modernləşdirilməsi və dünya standartlarına cavab verməsi istiqamətində görülən tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli Qərarının qəbul edilməsdir.
Vergi ödəyicilərinə xidmətin genişləndirilməsi və xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlərdən biri də 2011-ci ildə qəbul edilmiş “2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”dır. Konsepsiyanın qəbul edilməsində məqsəd vergi ödəyiciləri ilə əlaqələri partnyorluq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında, daha müasir informasiya texnologiyalarından istifadə etməklə qurmaq və vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirməkdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi nəticəsində iqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədi ilə tədricən passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid təmin ediləcək, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılmasına kömək edəcəkdir. Bununla yanaşı, vergi dərəcələrinin və məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələr), həmçinin gömrük rüsumlarının optimallaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına kömək edəcəkdir.
Respublikamızda bazar iqtisadiyyatının tələblərinə uyğun vergi sisteminin təşəkkül tapmasından 20 il keçməsinə baxmayaraq, onun təkmilləşdirilməsi istiqamətində davamlı işlər görülür, bəzi boşluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə davamlı islahatlar həyata keçirilir.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Ulu öndər tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasətinin əsas istiqamətlərini vergi dərəcələrinin və vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, strateji əhəmiyyətli sahələrə vergi güzəştlərinin verilməsi, vergi daxilolmalarının yığım əmsalının artırılması, vergi borclarının azaldılması, vergidən yayınma hallarının qarşısının alınması, vergi ödəyicilərinin hüquqlarının, onların qanuni maraqlarının qorunması, kiçik və orta sahibkarlığın formalaşması, ümumən iqtisadi sistemdə işgüzarlığı, çevikliyi, təşəbbüskarlığı stimullaşdırmaqla bütövlükdə sosial-iqtisadi inkişafa şərait yaradılması, ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi, nağdsız hesablaşmaların artırılması təşkil etmişdir.
Həyata keçirilən kompleks islahatlar vergilərin toplanmasında müstəqilliyin ilk illərində yaranmış geriliyin aradan qaldırılmasına imkan vermiş, dövlət büdcəsinə daxilolmaların artmasına müsbət təsir göstərmişdir. Bütün bunların nəticəsində, Azərbaycanda sabit vergi sistemi yaradılmışdır və strateji planların həyata keçirilməsi üçün əlverişli şərait mövcuddur.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Vergi siyasəti və gəlirlər şöbəsi
Vergi siyasəti sektoru
Aparıcı məsləhətçi
 Şaban Ənvər oğlu Abdullayev 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi
  • “Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nəticələr” A.F.Musayev, E.A.Kəlbiyev, A.A.Hüseynov, Bakı, 2002-ci il
  • “Müstəqil Azərbaycanın vergi sistemi. 20 il (1991-2011)”, Vergilər Nazirliyi. (2011)
  • “Vergilər” qəzeti, 2008-2013
  • “Vergi xəbərləri” jurnalı,
  • “Azərbaycanın vergi jurnalı” 2003-2013
  • “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
  • http://www.taxes.gov.az- Vergilər Nazirliyi
  • http://www.maliyye.gov.az - Maliyyə Nazirliyi
  • http://www.e-qanun.az
  • http://www.google.az – axtarış sistemi
  • http://www.azstat.org - Dövlət Statistika Komitəsi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyi-10 il.(2000-2010)