• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Cənub Qaz Dəhlizi” şirkətinin dövlət zəmanətli istiqrazları beynəlxalq bazarlarda uğurla yerləşdirilmişdir***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsi haqqında Qanununa edilmiş dəyişiklikləri imzalamışdır***

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında

  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının 1999-cu ildən üzvü olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci illik toplantısında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci ilin may ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir.
Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumu imzalanmışdır.
1966-cı ildə yaradılmış, hazırda 67 üzvü olan və əsas vəzifəsi üzv ölkələrin inkişafında onlara yardım etməklə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarət olan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci ilin may ayında Bakı şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 3-dən 5-dək Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
 
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov -        Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
 Təşkilat Komitəsi sədrinin müavini
Samir Şərifov     -        Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü
 
Təşkilat Komitəsinin üzvləri:
Hacıbala Abutalıbov    -        Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov  -        Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov               -        Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov         -        Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Şahin Mustafayev        -        Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Fazil Məmmədov         -        Azərbaycan Respublikasının vergilər naziri
Ziya Məmmədov          -        Azərbaycan Respublikasının nəqliyyat naziri
Əbülfəs Qarayev         -        Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov                 -        Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Oqtay Şirəliyev            -        Azərbaycan Respublikasının səhiyyə naziri
Aydın Əliyev                 -        Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Anar Ələkbərov           -        Heydər Əliyev Mərkəzinin direktoru
Elman Rüstəmov         -        Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Elçin Quliyev               -        Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Firudin Nəbiyev           -        Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov       -        “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.


2. Təşkilat Komitəsi:


2.1. “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumuna uyğun olaraq illik toplantının təşkili və keçirilməsinə dair tədbirlər planının hazırlanmasını və icrasını təmin etsin;


2.2. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.


3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirsin.


4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2013-cü il.