• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Azərbaycan hökuməti avrobond emissiyasını gündəmdə saxlayır

Azərbaycan hökuməti avrobond emissiyasını gündəmdə saxlayır

26.08.2013

Bakı, 26 Avqust 2013. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən avrobondların buraxılması məsələsi daim gündəmdədir və izlənilir. Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyinin mətbuat xidmətindən avrobondların buraxılması barədə müvafiq sorğuya cavab olaraq bildirilib.
Nazirlikdən bildirilib ki, bu növ qiymətli kağızların hökumət tərəfindən indikativ məbləğdə buraxılması ölkənin digər emitentləri üçün «benchmark» rolunu oynayaraq, borclanmanın qiymətinin müəyyənləşdirilməsi və gəlirlilik əyrisinin formalaşdırılması üçün əsas meyardır. Bu məqsədlə Nazirlik tərəfindən dünyanın beynəlxalq reytinq agentlikləri ilə uzun müddətdir ki əməkdaşlıq qurulub ki, hazırda «Moody’s», «Standard&Poor’s» və «Fitch Ratings» agentlikləri tərəfindən Azərbaycana investisiya səviyyəli kredit reytinqi verilib. Bununla yanaşı, Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi tərəfindən beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət araşdırılaraq təhlil edilir, avrobondların emissiyasında ixtisaslaşmış beynəlxalq banklarla müvafiq görüşlər keçirilir və onlarla mütəmadi olaraq maliyyə bazarlarındakı mövcud vəziyyət müzakirə edilir.
Maliyyə Nazirliyinin məlumatında deyilir ki, dünya iqtisadiyyatında 2008-ci ildə başlayan maliyyə-iqtisadi böhran bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub və bunun nəticəsi olaraq həmin ölkələrin suveren kredit reytinqinin aşağı düşüb və hətta, borc öhdəliklərinin yerinə yetirilməsində müəyyən problemlər yarandığı müşahidə olunur. «Baş verən böhranın birbaşa təsir etdiyi sahələrdən biri də dünya maliyyə bazarları olduğundan, borclanma alətləri üzrə gəlirlilik dərəcələrinin aşağı düşdüyünü müşahidə etmək mümkün idi. Lakin son təhlillər onu göstərir ki, qlobal maliyyə bazarlarındakı mövcud alətlər üzrə gəlirlilik dərəcələrində ilkin yüksəlmə meylləri müşahidə olunur. Bunları nəzərə alaraq, hökumət tərəfindən hələ də əlverişli faiz dərəcələri ilə cari və ya növbəti ildə avrobondların buraxılması məsələsinə ciddi nəzər salınır. Qiymətli kağızlar bazarlarında buraxılacaq kağızlar üzrə likvidlik yaratmaq üçün emissiyanın həcmi 500 mln.-1 mlrd. avro arasında olmalıdır», - deyə məlumatda göstərilir.
Maliyyə Nazirliyin proqnozlarına görə, avrobondlara tələbatın yüksək olmasını gözləmək olar. Nəzərə alınır ki, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr qlobal maliyyə böhranının fəsadlarını aradan qaldırmaqda hələ da çətinlik çəkir və bu ölkələrin dövlət borclarının səviyyəsi yüksək olaraq qalır. Demək olar ki, Azərbaycanın dövlət borcunun olduqca aşağı səviyyədə olması və eyni zamanda ölkənin böyük məbləğdə xarici valyuta ehtiyatlarına və güclü maliyyə mövqeyinə malik olması, habelə dünya kapital bazarlarında yeni emitentlərə ənənəvi yüksək marağın olması, ölkə tərəfindən avrobondlar buraxılarsa, onlara investorlar tərəfindən kifayət qədər yüksək tələbatın olacağı gözlənilir.
Həmçinin bildirilir ki, avrobondların buraxılışından əldə olunan vəsaitlər dövlət büdcəsində nəzərdə tutulan istiqamətlərin və ya layihə xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər.