• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

2015-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

2015-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

14.04.2015

 2015-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3938,8 mln. manat, xərcləri 4198,8 mln. manat olmuş, 251,0 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.

Gəlirlər
2015-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3900,8 mln. manat proqnoza qarşı 3938,8 mln. manat və yaxud 1,0 faiz çox olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,6 faiz icra edilməklə dövlət büdcəsinə 1594,8 mln. manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 69,5 faizi və yaxud 1051,6 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz-bənd çoxdur.
2015-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 100,5 faiz əməl edərək büdcəyə 341,9 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz və yaxud 11,5 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 48,6 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 11,8 mln. manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. manat və yaxud 13,5 faiz çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1941,7 mln. manat vəsait transfert edilmişdir.

Xərclər
2015-cü ilin üç ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz və yaxud 4189,8 mln. manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin üç ayında dövlət büdcəsi xərclərinin 33,0 faizi və yaxud 1380,6 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz və yaxud 108,7 mln. manat çoxdur.
Funksional təsnifata uyğun olaraq 2015-ci ilin üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,2 faiz (96,5 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 13,0 faiz (7,7 mln. manat), səhiyyə xərclərinə 7,0 faiz (7,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 0,7 faiz (3,6 mln. manat) çox vəsait yönəldilmişdir.
Cari ilin üç ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 911,6 mln. manat vəsait yönəldilmişdir.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 10,2 mln. manat vəsait sərf edilmişdir.
2015-ci ilin üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Cari ilin 1-ci rübündə dövlət büdcəsində 251,0 mln. manat kəsir yaranmışdır ki, bu da mövcud qanunvericiliyə uyğun olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülmüşdür.

İcmal büdcə
Cari ilin üç ayında icmal büdcənin gəlirləri 4367,2 mln. manat, icmal büdcənin xərcləri isə 4967,2 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 mln. manat coxdur.