• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

21.07.2015

 2015-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7807,2 mln. manat, xərcləri 8577,9 mln. manat olmuş, 770,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.

Gəlirlər
2015-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 7717,0 mln. manat proqnoza qarşı 7807,2 mln. manat və yaxud 1,2 faiz çox olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 3328,8 mln. manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 68,3 faizi və yaxud 2275,0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.
2015-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 765,3 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz və yaxud 32,5 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 110,1 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 41,4 mln. manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3561,6 mln. manat vəsait transfert edilmişdir.

Xərclər
2015-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85,0 faiz və yaxud 8577,9 mln. manat icra olunmuş, qarşıya qoyulmuş bütün əsas öhdəliklər yerinə yetirilmişdir.
Cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 4423,2 mln. manatı və yaxud 51,6 faizi cari xərclərə yönəldilmişdir. Cari xərclər əsasən büdcə təşkilatlarında çalışanların əmək haqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə edir.
Dövlət büdcəsi xərclərinin 3855,3 mln. manatı və yaxud 44,9 faizi əsaslı xərclərə yönəldilmişdir. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilmişdir.
Ümumi xərclərin 299,4 mln. manatı və yaxud 3,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (ödəniş vaxtı çatmış dövlət borcları və faizlər üzrə ödənişlər) yönəldilmişdir.
Cari ilin altı ayında dövlət büdcəsində 770,7 mln. manat kəsir olmuşdur. Kəsir «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülmüşdür.
2015-ci ilin ikinci rübündə (aprel-iyun aylarında) dövlət büdcəsinin mədaxili 3868,4 mln. manat, xərcləri isə 4388, mln. manat icra olunmuşdur.

İcmal büdcə
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 9035,4 mln. manat, icmal büdcənin xərcləri 9907,1 mln. manat icra olunmuşdur.