• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

2015-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

2015-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair Məlumat

21.01.2016

2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 17153,2 mln. manat, xərcləri 17786,8 mln. manat olmuşdur.

Gəlirlər

2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 19438,0 mln. manat proqnoza qarşı 17153,2 mln. manat və yaxud 88,2 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 7118,2 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən illə müqayisədə 4,5 mln. manat və yaxud 0,1 faiz çoxdur.
Həmin vəsaitin 70,5 faizi və yaxud 5018,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilə nisbətən 711,6 mln. manat və yaxud 16,5 faiz çoxdur.
2015-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək dövlət büdcəsinə 1591,9 mln. manat vəsait təmin edilmişdir ki, bu da 2014-cü illə müqayisədə 5,4 faiz və yaxud 81,1 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 222,6 mln. manat təşkil etmişdir ki, bu da 2014-cü illə müqayisədə 7,4 faiz və yaxud 15,3 mln. manat çoxdur.
2015-ci ildə sair daxilolmalardan nəzərdə tutulan 48,0 mln. manata qarşı büdcəyə 90,5 mln. manat və yaxud proqnoza nisbətən 2,0 dəfə çox vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 8130,0 mln. manat vəsait transfert edilmişdir.
2015-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 5086,9 mln. manat icra olunmuşdur.

Xərclər

2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3 faiz və yaxud 17786,8 mln. manat icra edilmişdir.
2015-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5628,4 mln. manat icra olunmuşdur.
2015-ci il ərzində dövlət büdcəsi xərclərinin 10361,5 mln. manatı və yaxud 58,2 faizi cari xərclərə, 6720,9 mln. manatı və yaxud 37,8 faizi əsaslı xərclərə, 704,4 mln. manatı və yaxud 4,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Dövlət büdcəsi xərclərinin 31,9 faizi və yaxud 5665,9 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2014-cü illə müqayisədə 188,0 mln. manat və yaxud 3,4 faiz çoxdur.
Funksional təsnifata uyğun olaraq 2015-ci ildə 2014-cü illə müqayisədə nəqliyyat və rabitə xərclərinə 35,4 faiz (31,2 mln. manat), ümumi dövlət xidmətləri xərclərinə 24,4 faiz (347,6 mln. manat), müdafiə xərclərinə 12,2 faiz (184,7 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,2 faiz (31,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 8,5 faiz (42,9 mln. manat), səhiyyə xərclərinə 6,4 faiz (42,9 mln. manat), təhsil xərclərinə 3,3 faiz (51,3 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 0,2 faiz (2,2 mln. manat) ) çox vəsait yönəldilmişdir.
2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4994,4 mln. manat vəsait yönəldilmişdir. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1 faiz olmuşdur.
2015-ci il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
Dövlət büdcəsinin kəsiri 633,6 mln. manat təşkil etmişdir və kəsir maliyyələşmə mənbələri hesabına bağlanmışdır.

İcmal büdcə

2015-ci ilin icmal büdcəsinin gəlirləri 18207,3 mln. manat, xərcləri isə 21067,1 mln. manat icra olunmuşdur.