• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2016-cı ildə aparılmış maliyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumat

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2016-cı ildə aparılmış maliyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumat

01.02.2017

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 2016-cı ildə 5 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 6 təhsil, 2 tibb, 1 meliorasiya və su təsərrüfatı, 2 nəqliyyat və 2 kommunal müəssisəsinə, 1 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayon yerli gəlir və xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmışdır.
2016-cı ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və regional maliyyə müfəttişlikləri tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 9168,94 min manat vəsaitin təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilmiş, Salyan Rayon İcra Hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsi, Tərtər Rayon Təhsil Şöbəsi və Zərdab Rayon Təhsil Şöbəsi, 1 nömrəli Gəncə Peşə Məktəbi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə aparılmış yoxlamalarla aşkar edilmiş nöqsanların ciddiliyini nəzərə alaraq həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna, 1 nəzarət obyekti üzrə yoxlama materialları isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmiş, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılmış ştat vahidləri ləğv edilmiş, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılmışdır.
Yuxarıda göstərilənlərlə bərabər, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına əsasən 38 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılmış və cəmi 227726,09 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Hesabat dövründə, habelə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubuna əsasən Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə birgə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilmiş, hal-hazıra kimi 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69 qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılaraq yoxlama materialları hüquqi qiymət verilməsi üçün Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir.
Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 51,02 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilmişdir.
2016-cı ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları»na uyğun olaraq müvafiq protokollar tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 921 vəzifəli şəxsə 616,1 min manat məbləğində cərimələr tətbiq edilmiş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilmişdir.