• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Cənub Qaz Dəhlizi” şirkətinin dövlət zəmanətli istiqrazları beynəlxalq bazarlarda uğurla yerləşdirilmişdir***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsi haqqında Qanununa edilmiş dəyişiklikləri imzalamışdır***

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat

28.04.2017

 2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3591,5 mln. manat, xərcləri 3912,7 mln. manat olmuş, 321,2 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır.

Gəlirlər
2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3473,0 mln. manat proqnoza qarşı 3591,5mln. manat və yaxud 3,4 faiz çox olmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 103,8 faiz icra edilməklə dövlət büdcəsinə 1420,8 mln. manat vəsait təmin edilmişdir.
Həmin vəsaitin 67,2 faizi və yaxud 954,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 117,5 faiz əməl edərək büdcəyə 571,0 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,0 faiz və yaxud 154,1 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 62,6 mln. manat təşkil etmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 12,1 mln. manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1525,0 mln. manat vəsait transfert edilmişdir.

Xərclər
2017-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5 faiz və yaxud 3912,7 mln. manat icra olunmuşdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 1635,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 209,0 mln. manat çoxdur.
Cari ilin 1-ci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 216,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 676,1 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 22,2 mln. manat vəsait yönəldilmişdir.
2017-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.

İcmal büdcə
Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5649,6 mln. manat, icmal büdcənin xərcləri isə 6752,7 mln. manat icra olunmuşdur. İcmal büdcənin kəsiri 1103,1 mln. manat təşkil etmişdir.