Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat

16.05.2017

16 may 2017-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102010540 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.
AZ0102010540 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 39.60 milyon manat təşkil etmişdir.
Maliyyə Nazirliyi tərəfindən 10.00 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 96.7128 (gəlirlilik 13.7845%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 15 avqust 2017-ci ildir.