Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi

Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi

31.05.2017

 2017-ci il 31 may tarixində «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilmişdir.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16822,0 mln. manat proqnoza qarşı 17505,7 mln. manat və ya 104,1 faiz icra olmuşdur.
2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 47,3 faizini qeyri-neft sektorundan gəlirlər təşkil etmişdir ki, bu da 2015-ci illə müqayisədə 5,7 faiz-bənd çoxdur.
2016-cı il dövlət büdcəsinin xərcləri 18495,0 mln. manat proqnoza qarşı 17751,3 mln. manat və ya 96,0 faiz icra edilmişdir.
Strukturuna görə 2016-cı il dövlət büdcəsi xərclərinin 11698,4 mln.manatı və ya 65,9 faizi cari xərclərə, 4283,8 mln. manatı və ya 24,1 faizi əsaslı xərclərə, 1769,1 mln. manatı və ya 10,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
2016-cı il icmal büdcənin gəlirləri 15738,9 mln. manat proqnoza qarşı 21573,0 mln. manat və ya 137,1 faiz, xərcləri isə 24566,7 mln. manat proqnoza qarşı 21425,7 mln. manat və ya 87,2 faiz icra olmuşdur. İcmal büdcədə proqnozlaşdırılmış 8827,8 mln. manat kəsirə qarşı faktiki olaraq 147,3 mln. manat artıqlıq yaranmışdır.