Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir

Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir

31.05.2017

Bəzi mətbuat orqanlarda Qazaxıstan KİV-lərinə istinadən bu ölkənin maliyyə naziri Bakıt Sultanovdan sitat gətirilərək maliyyə naziri Samir Şərifovun adından “Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə bağlı qəbul olunan qərarın əsas səbəbi manatın devalvasiyasıdır” kimi xəbərlər dərc olunmaqdadır.
Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoru mətbuat orqanlarına bu kimi xəbərləri yayarkən nazirliyin saytında və digər rəsmi mənbələrdə dərc olunan məlumatlara və press-relizlərə istinad etməyi tövsiyə edir (Aşağıda rəsmi mənbələrin linkləri təqdim olunur).
Belə ki, həmin məlumatlarda göstərilir ki, 2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin məhkəmə predmeti olan cinayət əməlləri, habelə müəyyən olunmuş kredit riskləri üzrə limitlərin kobud şəkildə pozularaq qaytarılmayan və ümidsiz kreditlərin ayrılması ABB-nin fəaliyyətinə mənfi təsir göstərməklə bankın maliyyə mövqeyinin ciddi şəkildə zəifləməsinə səbəb olmuşdur.
Mayın 23-də ABB-nin sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə keçirilən görüşdə bankın İdarə Heyətinin sədri Xalid Əhədov da 2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməllərinin ABB-nin maliyyə mövqeyini zəiflətdiyini və itkilərə gətirib çıxardığını bildirmişdir.
Şübhəsiz ki, manatın məzənnəsinin ucuzlaşması da ölkədə fəaliyyət göstərən digər banklar kimi ABB-nin də maliyə vəziyyətinə mənfi təsir göstərmişdir, lakin bunu əsas səbəb kimi göstərmək tamamilə əsassızdır.

(http://maliyye.gov.az/node/2036 )
(https://www.ibar.az/az/news/londonda-az-rbaycan-beyn-lxalq-bank-n-n-xarici-kreditorlar-il-goru-kecirilib/ )
(https://www.ibar.az/az/news/azerbaycan-beyn-lxalq-bank-n-n-i-dar-hey-tinin-s-dri-xalid-h-dovun-musahib-si/ )
(http://apa.az/maliyye_xeberleri/maliyye-nazirliyi-beynelxalq-bankin-sabiq-sedrinin-ittihamlarina-cavab-verib.html )