Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı əməkdaşlığı genişləndirir

Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı əməkdaşlığı genişləndirir

12.06.2017

İyunun 12-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə QDTİB arasında əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmış, real sektorla birbaşa əməkdaşlığa üstünlük verən bankın bu sahənin inkişafı məqsədiylə müxtəlif layihələrə, o cümlədən ticarəti maliyyəşdirmək üçün verdiyi dəstəyin əhəmiyyəti vurğulanmışdır.
Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında mühüm vəzifələr qoyulduğunu deyən nazir S.Şərifov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün bankın öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə etmişdir.
Öz növbəsində İhsan Uğur Delikanlı etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-nın bundan sonra da hökumət ilə uğurlu əməkdaşlığı davam etdirəcəyini bildirmişdir.
QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılmışdır. Hazırda Bankın nizamnamə kapitalı 3,45 mlrd., səhm kapitalı isə 2,29 mlrd. Avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 % paya malikdir. Bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 359 milyon avro məbləğində kredit ayırmışdır ki, bu da Bankın əməliyyatlar portfelində 8,4% təşkil edir.