• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elanı

Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elanı

14.06.2017

Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Maliyyə Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (2 nömrəli əlavə)
• ağ fonda rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 13 iyun 2017-ci il tarixdən 27 iyun 2017-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aparatının İnsan resurslarının idarə edilməsi şöbəsində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Maliyyə Nazirliyinin aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edilə bilər.
Telefonlar: (012) 404-46-99 (əlavə 116)
İnternet sayt: www.maliyye.gov.az
Elektron poçt: b.aliyev@maliyye.gov.az

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Vergi siyasəti və gəlirlər şöbəsinin dövlət müəssisələrinin gəlir və xərclərinin təhlili sektoru
İnzibati vəzifənin adı: məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,135
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Vəzifə maaşı: 510 manat
Qulluq funksiyaları:
- İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının layihəsini təhlil etmək.
- İri dövlət vergi ödəyicilərinin hesablarına və kassalarına daxil olmuş pul vəsaitinin məbləği və onun istifadə istiqamətləri barədə hesabatları hazırlamaq.
- İri dövlət vergi ödəyicilərinin təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatını təhlil etmək.
- Təyin edilmiş monitorinq, təhlil və yoxlamaların aparılmasında iştirak etmək.
- İcrası ona həvalə edilən məktub, ərizə və şikayətlərə baxaraq, onların vaxtında və keyfiyyətlə icra edilməsinə cavabdehlik daşıması;
- vəzifəsi üzrə şöbə müdiri və müdir müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
• xairici dil bilikləri: rus dili (orta səviyyədə); ingilis dili (orta səviyyədə)

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin statistika və tədqiqatlar sektoru
İnzibati vəzifənin adı: aparıcı məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,135
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Vəzifə maaşı: 520 manat
Qulluq funksiyaları:

- ölkənin iqtisadi və sosial göstəricilərindən ibarət statistik məlumat bazasını hazırlamaq və mütəmadi olaraq yeniləmək;
- Nazirliyin aidiyyatı struktur bölmələrindən təhlillər zamanı istifadə ediləcək müvafiq məlumatları almaq;
- ölkənin əsas makroiqtisadi göstəricilərinin region ölkələri ilə müqayisəli təhlilini aparmaq;
- İcrası ona həvalə edilən məktub, ərizə və şikayətlərə baxaraq, onların vaxtında və keyfiyyətlə icra edilməsinə cavabdehlik daşıması;
- vəzifəsi üzrə şöbə müdiri və müdir müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil
kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
xairici dil bilikləri: rus dili (orta səviyyədə); ingilis dili (orta səviyyədə)