Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsinin layihəsinin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması barədə tender elan edir.

Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Ünvan: Bakı şəhəri AZ 1022, S. Vurğun küçəsi, 135

1. Açıq tenderə razılaşdırılmış müddətdə və təqdim olunan texniki şərtlərə uyğun DDP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsinin layihəsinin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması təklif olunur.

2. Tender proseduru 2017-ci il dekabr ayının 22-də saat 11:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin IV mərtəbəsində, otaq № 429-də keçiriləcəkdir.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə;
3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Tender təklifləri 2017-ci il dekabr ayının 21-i saat 10ºº-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır.
4.1. İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, server, şəbəkə, kompüter avadanlıqlarının və proqram təminatının təchizində və satın-alınmasında (və ya buna oxşar sahəsində) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər;
4.2. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir;
4.3. Təklif olunan məhsul beynəlxalq standartların tələblərinə cavab verən müvafiq sertifikatlara malik olmalıdır;
4.4. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
5.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
5.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
5.3. İddiaçının son bir il əzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

6. İddiaçı təklifin dəyərinin 5 (beş) faizi həcmində bank təminatı təqdim etməlidir.

7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin keçirəcəyi tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün 750 (yeddi yüz əlli) AZN və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə almaqla bu məbləğlərin ABŞ dollarında ekvivalenti ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
A1 Benefisiar (alan) bank
Adı Azərbaycan  Respublikası Maliyyə Nazirliyi DXA
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. BİK: CTREAZ22
B2 Alan təşkilat
Adı: Azərbaycan  Respublikası Maliyyə Nazirliyi
Hesab №-si
AZ83CTRE00000000000002108571
Büdcə səviyyə kodu - 7
Büdcə təsnifat kodu - 142340
VÖEN: 1400108191

8. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyinin Müasir texnologiyalar və Avtomatlaşdırılmış İdarəetmə sistemləri şöbəsinin sektor müdiri Nurlan Soltanovdur. Əlavə məlumat almaq üçün 21 dekabr mart 2017-ci il tarixinədək, müraciət etmək olar. Telefon: (99412) 404-34-43 Faks: (99412) 404-47-21

9. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

10.Tender “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

 

Tender komissiyası