• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tender elan edir

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tender elan edir

13.11.2017

Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən Karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsindən istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılması, Daşkəsən rayonu ərazisindəki yerli xammal olan Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsi, anod çubuqlarının istehsalının texniki-iqtisadi əsaslandırılmasını aparmaq üçün məsləhətçi şirkətlərin cəlb edilməsi məqsədilə

TENDER ELAN EDİR

Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri AZ 1022, S. Vurğun küçəsi, 135

1. Açıq tenderdə xidmətlərin satınalınması məqsədilə aşağıdakı 3 lot üzrə həmin sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi təklif olunur:
Lot-1. Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən Karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsində istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılmasının hazırlanması;
Lot-2. Daşkəsən rayonu ərazisindəki Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsinin hazırlanması;
Lot-3. Anod çubuqlarının Azərbaycan Respublikasının ərazisində (Gəncə şəhərində) istehsalının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması.

2. Tender proseduru 2017-ci ilin dekabr ayının 22-da saat 10ºº-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində (III mərtəbədə, otaq № 319) keçiriləcəkdir.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar hər bir lot üzrə aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə;
3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Hər bir lot üzrə tender təklifləri 2017-ci ilin dekabr ayının 21-də saat 10ºº-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.

5. Yuxarıda qeyd olunan hər bir lotun predmeti üzrə beş ildən çox iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər.

6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir.

7. İddiaçının yazılı şəkildə hər lot üzrə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

8. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları
bildirməlidir:
8.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
8.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
8.3. İddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
8.4 Malik olduğu beynəlxalq sertifikatların əsli və surəti (sertifikatın əsli onun surəti ilə üzləşdirildikdən sonra iddiaçıya qaytarılacaqdır).

9. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.

10. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün hər bir lot üzrə 300 (üç yüz) manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

11. Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi,
VÖEN 1400108191
Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi-135
Dövlət Xəzinədarlıq Agentliyi kod: 210005
M/hesabı: AZ41NABZ01360100000000003944
VÖEN 1401555071
S.W.İ.F.T. BİK: CTREAZ22
Maliyyə Nazirliyi kitab 002527-2108571
Hesab №AZ83CTRE00000000000002108571

12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün 08 noyabr 2017-ci il tarixindən 21 dekabr 2017-ci il tarixinədək saat 10ºº-dan 17ºº-dək (fasilə saat 1300-dan 1400-dək) əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin baş məsləhətçisi Zaman Hüseynova müraciət etmək olar.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022,
S.Vurğun küçəsi, 135, III mərtəbə, 350-ci otaq
Telefon: (99412) 404-46-99 (daxili 268); Faks (99412) 404-47-20/21
E-mail: zaman.huseynov@maliyye.gov.az

13.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.

14.Tender “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

Tender komissiyası
08.11.2017