Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Bildiriş

Bildiriş

14.12.2017

 “Xalq qəzeti”nin 15 və 29 noyabr 2017-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Lot-1. Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsində istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılmasının hazırlanması; Lot-2. Daşkəsən rayonu ərazisindəki Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsinin hazırlanması və Lot-3. Anod çubuqlarının Azərbaycan Respublikasının ərazisində (Gəncə şəhərində) istehsalının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı dərc olunmuş elanlar üzrə keçirilən açıq tenderin predmetinin maliyyələşdirilməsi dayandırıldığından “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hər 3 lot üzrə tender ləğv edilmişdir.