• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2017-ci il ərzində görülmüş işlər barədə məlumat

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2017-ci il ərzində görülmüş işlər barədə məlumat

10.01.2018

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2017-ci il ərzində 188,6 min manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.
Sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasiyonar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 № nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsində “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilmişdir və ümumilikdə 1404 hüquqi və fiziki şəxslərə icazə verilmişdir.
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanması barədə və habelə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanunununa edilmiş dəyişikliklərlə əlaqədar, Xidmət səlahiyyətləri daxilində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı mütəmadi olaraq qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyeklərinə izahat məktubları göndərir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılmış yoxlamaların dayandırılması haqqında” Qanununa əsasən 2015-ci il 01 noyabr tarixindən Xidmət tərəfindən aparılan yoxlamalar dayandırılmışdır.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (PL/TM) qarşı mübarizənin gücləndirilməsi üçün bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlığını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2451 nömrəli Sərəncamı ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
2017-ci ildə Milli Fəaliyyət Planından irəli gələn məsələlərin Maliyyə Nazirliyində icrasının təmin edilməsi məqsədilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2017-ci il üçün illik İş Planı” təsdiq edilmiş və 2017-ci il ərzində görülmüş işlər barədə illik hesabat Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 09 oktyabr tarixli 162 nömrəli qərarı ilə “Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları” təsdiq edilmişdir.
Bu Qaydalar qiymətli metalların və qiymətli daşların hasilatı, istehsalı, istifadəsi və dövriyyəsi, qiymətli metalların tullantılarının və qırıntılarının yığılması, tədarükü, ilkin və təkrar emalı, qiymətli daşların rekuperasiyası, həmçinin tərkibində qiymətli metallar və qiymətli daşlar olan məmulatların istifadəsi sahəsində əməliyyatlar həyata keçirən bütün hüquqi şəxslərə, o cümlədən hərbi hissələrə və hərbi birləşmələrə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Sözügedən Qaydalara əsasən müəsisə və təşkilatlar, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesabatların mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməli olduğu barədə məktublar göndərilmişdir. Müəyyən edilmiş «Qiymətli metalların çıxarılması və affinajı haqqında»1-qiymətli metal, «Qiymətli metallar və daşların istehsalı, satışı və qalığı haqqında» 2-qiymətli metallar və daşlar, «Cihaz,avadanlıq və sair məmulatların tərkibində, habelə qırıntı və tullantı halında olan qiymətli metalların qalığı, daxil olması və işlənməsi haqqında» 3-qiymətli metallar statistik formaları üzrə hesabatlar Xidmət tərəfindən toplanılmış və ümumiləşdirilərək 2017-ci il 30 iyun tarixində Statistika Komitəsinə təqdim edilmişdir.
“Qiymətli metallar və qiymərli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı verilmiş tapşırıqlar vaxtında yerinə yetirilmişdir.
Beləliklə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradılmış və istehlakçıların hüquqlarının qorunması baxımından müvafiq tədbirlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən təmin edilir.