• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Milli Məclis “2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib

Milli Məclis “2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib

01.06.2018

 31 may 2018-ci il tarixində «Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib.

2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16766,0 mln. manat proqnoza qarşı 16516,7 mln. manat və ya 98,5 faiz icra olunub. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 52,3 faizini qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 5,0 faiz-bənd çoxdur.

2017-ci il dövlət büdcəsinin xərcləri 17941,0 mln. manat proqnoza qarşı 17594,5 mln. manat və ya 98,1 faiz icra edilib.

Strukturuna görə 2017-ci il dövlət büdcəsi xərclərinin 10906,1 mln. manatı və ya 62,0 faizi cari xərclərə, 5174,8 mln. manatı və ya 29,4 faizi əsaslı xərclərə, 1513,6 mln. manatı və ya 8,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2017-ci il icmal büdcənin gəlirləri 22977,2 mln. manat proqnoza qarşı 24076,0 mln. manat və ya 104,8 faiz, xərcləri isə 30569,5 mln. manat proqnoza qarşı 25183,0 mln. manat və ya 82,4 faiz icra olunub. İcmal büdcədə proqnozlaşdırılmış 7592,3 mln. manat kəsirə qarşı faktiki olaraq 1107,0 mln. manat kəsir yaranıb.