• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub

2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub

12.06.2018

 

Ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq əlavə maliyyə təminatının yaradılması ilə bağlı “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məqbul hesab edilən qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə müzakirə üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.