Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Milli Məclis Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiqləyib

Milli Məclis Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiqləyib

29.06.2018

Azərbaycan Respublikası Milli Məclisinin 29 iyun 2018-ci il tarixində keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri müzakirə edilərək qəbul olunub.

Həmin dəyişikliklərlə bağlı müvafiq qanun layihələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə gömrük ödənişlərindən yayınmanın azaldılması məqsədilə fiziki şəxs tərəfindən fərdi istehlak üçün aksiz vergisindən azad olunmaqla gətirilən alkoqollu içkinin həcmi 3 litrdən 1,5 litrədək, siqaretin sayı isə 600 ədəddən 200 ədədək azaldılıb.

Bununla yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərlə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz markasının verilməsinə görə dövlət rüsumlarının dərəcələri müəyyən edilib.