Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Bakıda Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının iclası keçirilir

Bakıda Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının iclası keçirilir

04.10.2018

Oktyabrın 4-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyində “Müstəqil Dövlətlər Birliyi yanında İcraiyyə Komitəsinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının XV iclası öz işinə başlayıb.

İki gün davam edəcək iclasda ümumilikdə 8 ölkənin o cümlədən, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacisiktan, Özbəkistan və Müstəqil Dövlətlər Birliyi yanında İcraiyyə Komitəsinin nümayəndələri iştirak edir.

XV iclasın gündəliyinə 2016-2020-ci illəri əhatə edən Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyasının III mərhələsinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının icra vəziyyəti daxildir.

Bundan başqa, Koordinasiya şurasının üzvləri milli mühasibat uçotu sisteminin inkişafı, o cümlədən təsərrüfat subyektləri tərəfindən beynəlxalq standartların tətbiqi və həmin subyektlərdə uçot siyasətinin formalaşdırılması ilə əlaqədar ölkələrin təcrübələri, habelə auditor fəaliyyətinin tənzimlənməsi ilə bağlı milli sistemlərin inkişafı və Beynəlxalq Audit Standartlarının tətbiqi, habelə auditor xidməti bazarının mövcud vəziyyəti üzrə müzakirələr aparacaqlar.

Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 25 may 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyi yanında İcraiyyə Komitəsinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurası haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq adıçəkilən Şuranın əsas məqsədi milli mühasibat uçotu sistemlərinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunlaşmasına təkan verməklə mühasibat uçotu sahəsində təşkilatların maliyyə hesabatlarının tərtib edilməsi üzrə vahid yanaşmanın təmin edilməsinə müvafiq tövsiyələrin verilməsindən ibarətdir.