Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

2011-ci il 13 may tarixində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərracın nəticəsi

2011-ci il 13 may tarixində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərracın nəticəsi

13.05.2011
13 may 2011-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10500733S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
3 investor tərəfindən sifarişlər 100,00% (gəlirlik 4,00%) və 100,10% (gəlirlilik 3,91%) qiymət intervalında təqdim olunmuşdur.
Maliyyə Nazirliyi tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti – 100,00% (gəlirlik 4,00%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3.000.000,00 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 11 may 2012-ci ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.