Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

2011-ci il 24 iyun tarixində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərracların nəticələri

2011-ci il 24 iyun tarixində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərracların nəticələri

24.06.2011
24 iyun 2011-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10501033S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
1 investor tərəfindən sifariş 100,00% (gəlirlik 4,00%) qiymətində təqdim olunmuşdur.
Maliyyə Nazirliyi tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti – 100,00% (gəlirlik 4,00%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1.995.000,00 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 22 iyun 2012-ci ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.
24 iyun 2011-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10800632S saylı dövlət qeydiyyatından keçmiş ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac da keçirilmişdir.
1 investor tərəfindən sifariş 100,00% (gəlirlik 5,00%) qiymətində təqdim olunmuşdur.
Maliyyə Nazirliyi tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti – 100,00% (gəlirlik 5,00%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2.000.200,00 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 20 iyun 2014-cü ildir.
İstiqrazların tədavül müddəti – 1092 gündür.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.