Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

NK 2012-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin AR Prezidentinə vaxtında təqdim olunması barədə sərəncam qəbul etmişdir

NK 2012-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin AR Prezidentinə vaxtında təqdim olunması barədə sərəncam qəbul etmişdir

28.01.2011
NK 2012-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin AR Prezidentinə vaxtında təqdim olunması barədə sərəncam qəbul etmişdir


Nazirlər Kabineti "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə 2011-ci il yanvarın 26-da sərəncam qəbul etmişdir.
Sərəncamda deyilir ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcəsinin göstəricilərini 2011-ci il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2011-ci il sentyabrın 10-dək, həmçinin həmin qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Daha sonra sərəncamda aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
- cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2010-cu ilin ilkin statistik məlumatlarını 2011-ci il fevralın 5-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
- növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin etsin.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2011-ci il martın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən göndərilmiş təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2011-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2012-ci və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir), ilkin ortamüddətli göstəricilərini 2011-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2011-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2011-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2011-ci il iyulun 20-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi 2011-ci il üçün dəqiqləşdirilmiş, 2012-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin ilkin variantını 2011-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2011-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin regional və yerli bölmələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini cari il iyunun 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təlimat məktubuna uyğun olaraq, lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2011-ci il iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, büdcədən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin şəhər və rayon icra hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri və şöbələri ilə birlikdə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir dövlət proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2011-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Nazirliklər, komitələr və büdcədən maliyyələşən digər təşkilatlar:
- növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir dövlət proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2011-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;
- dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2011-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2011-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2011-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2011-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər.
Dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almaq istəyən bələdiyyələrə tövsiyə edilsin ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2011-ci il mayın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq 2012-ci il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2011-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Nazirliklər, komitələr və büdcədən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2011-ci il iyulun 1-dək:
- aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icrası vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər;
- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.
Sərəncamda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılmışdır ki, lazım olduqda ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etsinlər.
Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr, şirkətlər və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

28.01.2011