• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Sual-cavab

 

SSRİ dövründə banklara qoyulan əmanətlər nə vaxt və birinci kimlərə qaytarılacaq. 
Cənab Prezidentin məlum Sərəncamına əsasən Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci il yanvar ayının 1-dək keçmiş SSRİ Dövlət Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanət qalıqları təzminatların (kompensasiyaların) hesablanması və ödənilməsilə əlaqədar hazırda bir sıra normativ hüquqi aktların (hüquqi bazanın) hazırlanması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 

  
Universiteti bitirdikdən sonra Maliyyə Nazirliyində işləmək üçün gənc kadrlar üçün Nazirləikdə illik vakansiyaar planı mövcuddurmu? Və nə tələblər ilə iş verilir? Təşəkkür edirəm. 
"Dövlət qulluğu haqqında" AR Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır müsabiqədən keçən namizədlər vakant olan vəzifələrə təyin olunurlar 
 

 Bilmək istəyirəm uşaq baxçasında hansı ştatlar var və məvacibləri nə qədərdir?
Məktəbəqədər uşaq müəssisələri (uşaq baxçaları) barədə məlumat uygun faylda göstərilmişdir. 
  

Salam. Men Qazax rayonunda yashayiram. Maliyye Nazirliyinin ayliq metbu orqani olan "Maliyye ucot"jurnalina abune yazilmaq isteyirem. Bunun ucun men hara muraciet etmeliyem? Evvelceden Size oz minnetdarligimi bildirirem 
Jurnala Azərbaycan Respublikası Mətbuat Yayımı Birliyinin şəhər və rayon məntəqələri, Bakı Mətbuat Birliyinin "Qasid" firması, "Səma" firması, həmçinin bilavasitə redaksiya vasitəsilə abunə yazıla bilinər.
Abunə yazılışı redaksiya vasitəsilə aparılarsa jurnalın bank rekvizitləri aşağıdakı kimidir:
Bank rekvizitləri.
Adı. Kapital Bank 1 saylı Səbail filialı
Kodu 200059
VÖEN 9900003611
Müxbir hesab 0137010001944
Redaksiyanın rekvizitləri.
Adı. "Maliyyə və uçot jurnalı redaksiyası" MMC
Hesab № 70633080000
VÖEN 1700377561
Bir abunənin illik qiyməti- AZM 300 000 manat, ;AZN 60 manat. 
 

Sigorta brokerlerinin fealiyyetinin heyata kecirilmesi ile bagli her hansi qaydalar olub olmamasi maraqlandirir. Fealiyyetlerini nece gurmalarini tenzimleyen aktlarin siyahisi xahis edilir. Tesekkur edirem. 
1. 18.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış <>;
2. ; 25.06.1999-cu il tarixli <> Azərbaycan Respublikasının Qanunu. 
 

Salam. Mənim sualım Maliyye nazirliyinin yaninda Dovlet sigorta nəzarətinə aiddir. Hazirda sigort sirketi acmag ucun ne etmeliyik. Və xahis edirem ki ne senedler lazimdir 2007 ci il ucun nizamname kapitali sigortacilarcun ne qeder olmalidir...Ve bu uzre sirketi acmagdan otru ne qeder staj lazimdir... Hazirda Sigorta uzre oxuyuram 3 ci kursam ve bir cox yerlerde seminarlarda istirak etmisem praktikam var bir cox sirket ve sosial sigorta uzre 1 il maksimum agent isdemisem hazirda ozel bir sigorta sirketinde satis uzreyem. 2007 ci il ucun acmag isteyirem men ne etmeliyem,,, 
Azərbaycan Respublikasında sığorta fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"ın 17-ci bəndi ilə müəyyən olunmuşdur.

Həmin normativ hüquqi aktlara əsasən sığorta fəaliyyətinə lisenziya verilməsi üçün aşağıdakı sənədlər Maliyyə Nazirliyinə təqdim edilməlidir:

  1. Ərizə (Ərizədə sığorta şirkətinin adı, ünvanı, bankın adı, fəaliyyət növü göstərilməlidir)
  2. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti
  3. VÖEN-in notariat qaydasında təsdiq edilmiş surəti
  4. Nizamnamə kapitalının minimum məbləğinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini təsdiq edən sənəd:
    Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 09 aprel tarixli Qərarı ilə nizamnamə kapitalının minimum məbləği yeni yaranan sığortaçılar üçün 1 (bir) milyon manat müəyyən edilmişdir.
  5. şirkətin ofisə malik olmasını təsdiq edən sənəd (mülkiyyət hüququ, icarə, istifadə və s. əsaslar)
  6. sığorta fəaliyyətinin aparılması nəzərdə tutulan sığortanın könüllü növü üzrə qaydalar
  7. rəhbər qismində cəlb edilən mütəxəssislərin ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin və sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olmasını təsdiq edən sənədlərin surəti
  8. lisenziya verilməsindən imtina edilmədikdə lisenziya verilməsi üçün dövlət rüsumunun (1.100 manat) ödənilməsini təsdiq edən bank sənədləri.

Sığorta təşkilatlarına lisenziyanın verilməsi üçün qüvvədə olan sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən bir sıra əlavə sənədlər tələb olunur ki, bunlar lisenziyalaşdırma ilə bağlı yuxarıda göstərilən normativ hüquqi aktlarda öz əksini tapmamışdır. Belə ki 

Sığortaçının nizamnaməsində onun əsas fəaliyyəti, nizamnamə kapitalının müəyyən olunmuş məbləği, onun formalaşdırılması qaydası, təsisçiləri barədə məlumat, və s. müəyyən olunur və sığorta qanunvericiliyinə əsasən bunlara nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar lisenziya verilməsi üçün tələb olunan sənədlərə sığorta və ya sığorta broker təşkilatının nizamnaməsinin və eyni əsaslarla təsis müqaviləsinin (təsisçilərin sayı 1-dən artıq olduqda) notariat qaydasında təsdiq olunmuş surətləri lisenziya verilməsi üçün təqdim olunan sənədlərə əlavə olunmalıdır. 

Həmçinin, "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1.2-ci bəndi ilə sığortaçının rəhbərlərinin mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində, habelə dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və ya yerli özünüidarəetmə orqanlarında qulluq mənafeyi əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkumluğu olmamalıdır. Bununla əlaqədar sığorta təşkilatının rəhbərinin göstərilən cinayətlərə görə məhkumluğunun olmaması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq arayışı Maliyyə Nazirliyinə təqdim olunmalıdır. 

Qeyd olunanlardan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyul tarixli 143 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sığortaçının nizamnamə kapitalına qoyulan əmlakın qiymətinin bazar qiymətinə uyğunluğuna nəzarətin həyata keçirilməsi Qaydaları"nın tələblərinə əsasən, nizamnamə kapitalına pay şəklində əmlak qoyulması (qanunvericiliklə müəyyən olunmuş nisbətdə) qərara alındıqda, həmin əmlakın qiymətləndirilməsi barədə qiymətləndiricinin rəyi Maliyyə Nazirliyinə təqdim olunmalıdır. 

"Sığorta haqqında" Qanunun 23-cü maddəsinin 3-cü bəndinə əsasən, xarici kapitalın iştirakı ilə yaradılan birgə sığortaçılarda və sığorta brokeri təşkilatlarında rəhbər və ya onun müavinlərindən birinin Azərbaycan Respublikasının vətəndaşı olması tələb olunur. Qanunun bu tələbinə əsasən, xarici kapitalın iştirakı ilə yaradılan birgə sığorta təşkilatları lisenziya verilməsi üçün təqdim etdikləri sənədlərə həmçinin, rəhbərin (rəhbərlərin) şəxsiyyətini təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini əlavə etməlidirlər.