• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini növbədənkənar qiymətləndirmədə sabit saxlamışdır***Milli Məclis 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu qəbul etdi***Maliyyə Nazirliyi ABB ilə bağlı xəbərlərdə rəsmi məlumatlara istinad olunmasını tövsiyə edir***

Dövriyyədə olan əskinaslar - AZN

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.

 

1 manat

 

1-manat_front 1-manat

 

Mədəniyyət mövzusuna həsr olunmuşdur.

 

Əskinas 120 × 70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – Tar, Kamança və Dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

 

Mühafizə elementləri:

 

Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər vardır.

 

5 manat

 

5-manat_front 5-manat

 

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

 

Əskinas 127 × 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş,Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, müasir yazımız çap edilmişdir.

 

Mühafizə elementləri:

 

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

10 manat

 

10-manat_front 10-manat

 

Tarix mövzusuna həsr olunmuşdur.

 

Əskinas 134 × 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

 

Mühafizə elementləri:

 

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

20 manat

 

20-manat_front 20-manat

 

Qarabağ mövzusuna həsr olunmuşdur.

 

Əskinas 141 × 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı Bülbül” təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

 

Mühafizə elementləri:

 

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

50 manat

 

50-manat_front 50-manat

 

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

 

Əskinas 148 × 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunmuşdur.Əskinasın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunmuşdur.

 

Mühafizə elementləri:

 

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

 

100 manat

 

100-manat_front 100-manat

 

İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

 

Əskinas 155 × 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

 

Mühafizə elementləri:

 

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.