• strict warning: Non-static method view::load() should not be called statically in /base/1008/public_html/sites/all/modules/views/views.module on line 879.
  • strict warning: Declaration of views_handler_filter::options_validate() should be compatible with views_handler::options_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter::options_submit() should be compatible with views_handler::options_submit($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_term_node_tid::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/modules/taxonomy/views_handler_filter_term_node_tid.inc on line 0.
  • strict warning: Declaration of views_handler_filter_boolean_operator::value_validate() should be compatible with views_handler_filter::value_validate($form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/handlers/views_handler_filter_boolean_operator.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_style_default::options() should be compatible with views_object::options() in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_style_default.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_validate() should be compatible with views_plugin::options_validate(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
  • strict warning: Declaration of views_plugin_row::options_submit() should be compatible with views_plugin::options_submit(&$form, &$form_state) in /base/1008/public_html/sites/all/modules/views/plugins/views_plugin_row.inc on line 0.
“Cənub Qaz Dəhlizi” şirkətinin dövlət zəmanətli istiqrazları beynəlxalq bazarlarda uğurla yerləşdirilmişdir***Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsi haqqında Qanununa edilmiş dəyişiklikləri imzalamışdır***

Maliyyə Elm-Tədris Mərkəzi - Əsasnamə

 

Azərbaycan Respublikasının
 Maliyyə Nazirliyinin
 13 oktyabr 2009-cu il tarixli
 İ-125 nömrəli əmri ilə
 təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında
Maliyyə Elm-Tədris Mərkəzi haqqında

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (bundan sonra – Mərkəz) maliyyə işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını, habelə maliyyə sahələrinə dair elmi tədqiqatların aparılmasını təmin edən ixtisasartırma və yenidənhazırlanma statusu tədris müəssisəsidir.      
2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsini, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və elmi-metodiki tövsiyələrini rəhbər tutur.           
3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatının struktur bölmələri, Nazirliyin strukturuna daxil olan dövlət xidmət və agentlikləri, Nazirliyin yerli bölmələri, mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, elm və təhsil qurumları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.      
4. Mərkəz hüquqi şəxsdir, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir, öz adından müqavilələr bağlaya, əmlak və qeyri-əmlak hüquqları əldə edə və qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq öhdəliklər daşıya bilər. Mərkəz üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Mərkəzin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qüvvədə olan qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Mərkəz Bakı şəhərində yerləşir.


II. Mərkəzin fəaliyyət istiqamətləri    
7. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. maliyyə işçilərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılmasını həyata keçirir;
7.2. maliyyə sahələrinin inkişafına dair elmi tədqiqatlar aparır;
7.3. maliyyə işçilərinin kadr siyasətinə dair təkliflər işləyib hazırlayır;
7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Mərkəzin vəzifələri
8. Mərkəz bu Əsasnamə ilə  müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:
8.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aparatının, onun strukturuna daxil olan dövlət xidmət və agentliklərinin, Nazirliyin yerli bölmələrinin və tabeliyində olan digər qurumların və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin işçilərinin (bundan sonra – Mərkəzin dinləyiciləri) peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması işini təşkil etmək və həyata keçirmək;   
8.2. maliyyə sahəsinə dair, o cümlədən maliyyə işçilərinin kadr siyasəti sahəsində elmi tədqiqatlar aparmaq;
8.3. təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək və bunun əsasında onların sonrakı istifadəsi haqqında tövsiyyələr hazırlamaq;
8.4. yeni təsərrüfatçılıq metodlarına və yeni iqtisadi münasibətlərə keçid, idarəetmənin yenidən qurulması və s. məsələlərin dinləyicilər tərəfindən daha dərindən öyrənilməsini və rəhbər işçilərə yeni idarəetmə vərdişlərinin aşılanmasını təşkil etmək;
8.5. elm və elmi-texniki problemlərin həll edilməsində ixtisasartırma və yenidən hazırlanma sistemi kadrlarının elmi potensiallarından səmərəli istifadə etmək yolu ilə təlimin keyfiyyətini yüksəltmək;
8.6. tədris prosesini mövcud normativlərə, təsdiq olunmuş qaydalara tam əməl edilməsi şərti ilə həyata keçirmək;
8.7. tədris planlarını işləyib hazırlamaq və razılaşdırmaq üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;
8.8. qabaqcıl dünya dövlətlərinin elmi-praktik nailiyyətlərini öyrənmək və tətbiq etmək;
8.9. dinləyicilərin ixtisasının artırılması istiqamətində tələbatları öyrənmək və buna müvafiq təkliflər hazırlamaq;
8.10. əməli fəaliyyət prosesində elektron-hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadəni təmin etmək;
8.11. respublikada və xarici dövlətlərdə olan tədris və elmi-tədqiqat müəssisələri ilə əlaqə yaratmaq və elmi mübadilələri həyata keçirmək;            
8.12. təlimin keyfiyyətini yaxşılaşdırmaq, əldə edilən bilikləri və vərdişləri konkret məsələlərin praktiki həllinə istiqamətləndirmək;  
8.13. tədris plan və proqramlarını, metodiki göstərişləri, mühazirə konspektlərinin və digər elmi-metodiki sənəd və tədris vəsaitlərini nəşr etdirmək;
8.14. tədris prosesinə alimlər, elm və təhsil müəssisələrindən mütəxəssislər cəlb etmək;
8.15. maliyyə kadrlarının ixtisasartırma problemlərinin elmi cəhətdən təkmilləşdirilməsi üzərində tədqiqatlar aparmaq;
8.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Mərkəzin hüquqları        
9. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir.                                                     
9.1 müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.2. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsində Mərkəz üzrə nəzərdə tutulmuş vəsaitlər dairəsində elmi-analitik jurnal, bülleten buraxmaq, internet səhifəsini yaratmaq və ondan istifadə etmək, kitablar, məqalələr nəşr etmək;
9.3. başqa təşkilatlarla, o cümlədən xarici ölkələrin təşkilatları, alim və mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq;
9.4. mərkəzdə dinləyicilərin ixtisaslarının artırılmasına dair təsdiq edilmiş tədris planına mane olmamaq şərti ilə müqavilə əsasında müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılması üçün ödənişli əlavə qruplar yaratmaq;
9.5 dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçilərini tədrisə cəlb etmək;
9.6. öz profili üzrə elmi iclaslar, tədris metodiki konfranslar və seminarlar təşkil etmək;
9.7. öz işçilərinin peşə hazırlığının və ixtisas keyfiyyətlərinin artırılması məqsədilə tədbirlər görmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda konfranslarda və digər bu kimi tədbirlərdə iştirakını təmin etmək, təcrübə keçmək üçün onları aparıcı təhsil və elmi-tədqiqat idarə və təşkilatlarına, dövlət hakimiyyəti orqanlarına göndərmək;
9.8. fəaliyyət sahəsi ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək;
9.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək;



V. Mərkəzin fəaliyyətinin təşkili    
10. Mərkəzin strukturu, ştat cədvəli və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.      
11. Mərkəzin strukturuna aşağıdakılar daxildir. Elmi-tədqiqat şöbəsi, Tədris və metodika şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi.
12. Mərkəzə Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.
13. Direktor Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
14. Mərkəzin direktorunun Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.
15.   Mərkəzin direktoru:  
15.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
15.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;
15.3. Mərkəzin direktor müavini istisna olmaqla, Mərkəzin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
15.4. Mərkəzin xərclər smetasına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitin və büdcədənkənar xüsusi vəsaitlərin istifadəsinə sərəncam verir;
15.5. mərkəzin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
15.6. tabeliyində olan işçilərə səlahiyyətləri daxilində icrası məcburi olan əmr və göstərişlər verir;
15.7. ştatdankənar işçiləri müqavilə əsasında Mərkəzin işinə cəlb edir;
15.8. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
15.9. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Mərkəzi vəkalətnaməsiz təmsil edir;
15.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
16. Mərkəzdə direktorun rəhbərliyi altında Mərkəzin Elmi Şurası yaradılır. Mərkəzin Elmi Şurasının tərkibinə direktor, onun müavini, elmi katib, elmi-tədqiqat şöbəsinin rəhbəri, mərkəzin şöbələrindən müsabiqə yolu ilə seçilmiş aparıcı alim və işçilər, habelə digər təhsil və elm müəssisələrinin aparıcı alimləri daxildirlər.
17. Mərkəzin Elmi Şurası öz iclaslarında Mərkəzin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
18. Mərkəzin Elmi Şurasının fəaliyyətinin əsas istiqamətləri Mərkəzin təqdimatına əsasən  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən “Mərkəzin Elmi Şurası haqqında Əsasnamə” ilə müəyyən edilir.               
19. Mərkəz qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən təşkil oluna və ləğv edilə bilər.  

VI. Mərkəzdə ixtisasların artırılması və kadrların yenidən hazırlanması
20. Azərbaycan Respublikasının maliyyə işçilərinin dinləyicilərin sırasına qəbul edilməsi  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qrafik əsasında mərkəzin direktorunun əmri ilə aparılır.  
21. Mərkəzdə qrupların komplektləşdirilməsi dinləyicilərin iş profili və vəzifəsi nəzərə alınmaqla aparılır. Bundan asılı olaraq Mərkəzdə müxtəlif təlim müddətli qruplar təşkil olunur, müvafiq tədris planları və proqramları işlənib hazırlanır.
22. Mərkəzdə dinləyicilərin təlim müddəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
23. Mərkəzdə təlimin forması, məzmunu və metodları tədris planlarına uyğun olaraq müəyyən edilir, hər bir kateqoriya dinləyicilər qrupuna uyğun dəqiqləşdirilir.
24. Mərkəzdə tədris məşğələləri təsdiq edilmiş cədvəl əsasında aparılır.
25. Mərkəzin dinləyicilərinin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
25.1. öz peşə və hüquqi biliklərini, işgüzar keyfiyyətlərini təkmilləşdirmək və ictimai-mədəni səviyyələrini artırmaq;
25.2. tədris plan və proqramlarında nəzərdə tutulmuş bütün təlim növlərini yerinə yetirmək;
25.3. ixtisasına uyğun olaraq zəruri və praktik əhəmiyyət kəsb edən problemlər üzrə buraxılış işi (referat) yazmaq;
25.4.  tədris prosesinin təkmilləşdirilməsi və digər problemlər üzrə təkliflər vermək;
25.5. kabinetlərdən, auditoriyalardan, kitabxanalardan, oxu zalından, hesablama texnikası və digər tədris-köməkçi vasitələrdən istifadə etmək;
25.6. daxili intizam qaydalarına əməl etmək;
26. Mərkəzdə ixtisaslarını artıran dinləyicilərin bilik səviyyələrinin qiymətləndirilməsi tərkibi Maliyyə naziri tərəfindən təsdiq edilməklə yaradılan komissiya tərəfindən keçirilən məqbul və buraxılış imtahanları vasitəsilə aparılır.
27. Tədris planını yerinə yetirməyən (tədris saatlarının 25%-də iştirak etməyən), daxili intizam qaydalarını pozan dinləyicilər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müvafiq orqanlara məlumat verilməklə mərkəzin direktorunun əmrinə əsasən tədrisdən xaric edilir.
28. Mərkəzdə tədris planının tələblərini yerinə yetirən dinləyicilərə ixtisasın səviyyəsi barədə müvafiq şəhadətnamə (sertifikat) verilir.
29. Dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini öyrənmək məqsədilə müasir qiymətləndirmə metodlarından, o cümlədən testlərdən istifadə edilir, əldə olunmuş nəticələr əsasında tədris-tematik planlarında müvafiq dəyişikliklər aparılır, dinləyicilər üçün fərdi iş metodları müəyyənləşdirilir.
30. Mərkəzdə məşğələlər il ərzində davam etdirilir.
31. Əlavə ödənişli qruplarda təhsil haqqı və dinləyicilərin təlim müddəti Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Mərkəzin Elmi Şurası tərəfindən müəyyən edilir.
32. Dinləyici tədrisə gəlmədiyi, xaric edildiyi və imtahandan qeyri-kafi qiymət aldığı hallarda təlim üçün köçürülmüş vəsait geri qaytarılmır.