Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat
7 noyabr 2017-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104028540 ISIN kodlu, tədavül müddəti 364 gün olan 45.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir.
AZ0104028540 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 150.1 milyon manat təşkil etmişdir.
Maliyyə Nazirliyi tərəfindən 45.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 91.8097(gəlirlilik 10.0001%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 6 noyabr 2018-ci ildir.