İlqar Fəti oğlu Fəti-zadə

1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur.

Ali Təhsiilidir. 
1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir.
1978 - 1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
1980 - 1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrndə işləmişdir.
1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət orqanlarının maliyyələşdirilməsi idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir.

Ailəlidir. Bir övladı var.